Azərbaycanda GÖRÜLMƏMİŞ RƏZALƏT: Qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - FOTO

Azərbaycanda GÖRÜLMƏMİŞ RƏZALƏT: Qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - FOTOBiG.AZ saytı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ilə birgə "Susma" adlı layihəyə həyata keçirir. Bu layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. BiG.AZ növbəti müsahibəsini təqdim edir. Budəfəki müsahibimiz öz qardaşı tərəfindən zorlanmaya məruz qalan Nigar Məmmədovadır(Ad şərtidir).

Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - ÖZƏL

- Siz necə oldu ki, bu sığınma evinə yerləşdirildiniz?

-16 yaşımda özümdən 20 yaş böyük kişi ilə valideynlərim tərəfindən zorla evləndirilmişəm. Həmin şəxslə 10 il yaşadım. Övladım olmadığından həyat yoldaşımın ailəsi tərəfindən boşadılmışam. Mən uşağım olmadığından övladlığa uşaq götürmək istəmişəm. Anam razı olmadı. Yenə ikinci dəfə övladım olsun deyə zorla evləndirildim. Uşaq doğulduqdan sonra ona 11-ci ayında Uşaq Nevroloji Xəstəxanasında yataq xəstəsi diaqnozu qoyuldu. Ona görə ərimin ailəsi uşaqdan imtina elədi. 4 ildir ki, ikinci həyat yoldaşımla ayrıyıq. Amma ailə qurduğum şəxslərin heç birində zorakılığa, döyülmələrə, işgəncələrə məruz qalmamışam. Az da olsa təsəllimi ailə qurduğum şəxslərdə almışam. Mənə zülm verən mənim öz ailəm və valideynlərim olub. Çünki mənim atam içki düşkünü olub. Anam da dəfələrlə körpə qardaşımla məni atamın üstünə atıb gedib. Atam içən zaman təcavüz etmək üçün məni axtarırdı. Dəfələrlə olub ki, qamışlıqda gizlənmişəm ki, ələ keçməyim.

- Atandan gizlənməyinin səbəbi nə idi?

- Çünki zorlanmaqdan qorxurdum. Amma çox çəkmədi qorxduğum başıma gəldi. Böyük qardaşım mənə dəfələrlə təcavüz edib. Bütün yaşadığım əzablara baxmayaraq yenə də özümü güclü hesab edirəm. Geriyə baxmaq istəmirəm. O qədər valideynlərimə, qardaşlarıma nifrət edirəm ki, imkanım olsa onlardan imtina edərəm. Dövlətdən də xahişim odur ki, onlarla mənim əlaqəmi kəssin. Məndən sonra ikinci qardaşım böyüdü. Əsgərlik yaşına çatanda qardaşıma da zorlayıb. Hal-hazırda eplepsiya xəstəsi olub. Mən o evdən sözümü deyib çıxmışdım. Yəni o ailə ilə yaşaya bilmirdim. Özüm işləyib oğlumu əməliyyat elətdirmişəm.

-Təhsiliniz varmı? Evinizi tərk etdikdən sonra necə ayaqda dura bildiniz?

- Hər bir yalnız qadın kimi, ayağım üstə durmuşam. Əvvəl çayçı, sonra da özəl firmada işləmişəm. Nə mənim yoldaşlarıma, nə də valideynlərimə xəyanətim olmayıb. Qurduğum ailələrimin dağılma səbəbi də uşaq problemi olub. Bütün əzablarım öz ailəm tərəfindən olub. Sonra anamgil gəldilər ki, qayıdırsan evə. Məni zorlayan qardaşımla anam məni zorla geri evə aparmaq istədilər. Mən də bildirdim ki, mən o evə qayıtmram. Anamla qalaram, amma ata evinə getmərəm. Qardaşım dedi ki, hamı mənə dedi ki, bacın niyə tək yaşayır? Mən də dedim ki, sən onlara deyə bilmədin ki, bacım mənim əlimdən qaçıb. Mən namusumu zorlamışam. Bu sözləri deyəndə qardaşım məni vurdu. Hətta dişimin birini də sındırdı.

- Belə çıxır ki, ananız qardaşınızın sizə qarşı etdiklərinə göz yumub?

- Anam da qardaşımı dəstəkləyirdi. O, hər zaman deyirdi ki, evin içində neyləyirsiz eləyin amma heç kimə deməyin. Ailəm məni başıma gələnləri açdığıma görə ölümlə hədələyir. Atam belə bu işin üstünə ciddi düşüb. Hətta atama anam tapşırıb ki, tap o qızı, öldür. Adını da qoyarıq ki, əxlaqsızlıq edirdi, biz də öldürdük. Anam məni, hətta işimdən də çıxartdırdı. O məni, həyatımı məhv etməklə hədələyir. Mən də deyirəm ki, onsuz da həyatımı 16 yaşımdan məhv etmisən.

- Ailənizin sənin başına gətirdikləri işgəncələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmisənmi?

- Bütün hüquq mühafizə orqanlarına müraciət etmişəm. Onlar yaşadıqlarımı həqiqət hesab etmirlər. Anamla qardaşım məni öldürmək istəyəndə ayaqyalın uşaqla Qaradağ rayonun Sahil qəsəbəsinin 38 saylı polis bölməsinə qaçmışam. İzahatımı götürən Zahid rəis sərxoş idi. Hətta mən o sərxoş polis rəisindən də qorxdum. Buna görə heç nəyi açıb deyə bilmədim. Sadəcə dedim ki, məni öldürmək istəyirlər. O da qayıdıb mənə "Aç, görüm haranı bıçaqlayıblar?" dedi. Bundan əlavə məni təhqir etdi ki, tək yaşamaq istəyirsən. Qardaşınla ananın da haqqıdır səni öldürmək. Mən də dedim ki, mənə normal izahat götürəcək insan çağırın.

-Ananı bağışlayarsanmı?

- Anam mənə nə qədər pislik etsə də onu çox istəyirəm. Amma o evə getmərəm. O evdə nə atam, nə də qardaşlarım normal olmayıb. Anam da çox qəddar olub. Övladıma da yemək almaq istəmirdi. Deyirdi ki, mənə möhtac olduğunu söylə.

- Oğlunuzun xəstəliyi ilə bağlı həkimlər hansı diaqnozu qoyub?

- Oğluma selebral iflic diaqnozu qoyulmuşdu. Həkim əməliyyat edən zaman ortaya çıxdı ki, səhv diaqnoz qoyulub. Əslində bunun xəstəliyi sinir damar tromblaşmasıdır. 7 yaşına qədər müalicə olmalıdır. Müalicəsi uzun sürən müalicədir.

Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - ÖZƏL

- Sizə kömək edə biləcək qohumlarınız yoxdur?

- Qohumlarım var. Anama görə qohumlarımla da münasibətlərimiz yaxşı deyil. Mən bir aydır ki buradayam. Zəhmətimlə balamı saxlamışam. Mənim xoşbəxtliyim mənim övladımdır. Ancaq övladımın sağlamlığını istəyirəm. Dəfələrlə mənə deyilib ki, övladımı atım. Mən dövlətimizdən övladım üçün yardım istəyirəm. Arzumdur ki, o da normal uşaqlar kimi məktəbə, baxçaya getsin.

Xəbərlər     Baxılıb: 3005   Tarix: 10 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Kərə yağı deyənlər yanılır: Ən sağlam yağlar açıqlandı

Biotibbi araşdırmalar göstərir ki, hər yağın orqanizmə təsiri fərqlidir. Tərkibindəki doymamış yağ turşuları və antioksidantlar baxımından zəngin olan yağlar siyahıda liderlik edir.  xəbər verir ki, siyahının zirvəsində birmənal

.

Acqarına qara istiot çeynəməyin faydaları

Qara istiot A, C və K vitaminləri ilə yanaşı, kalium, kalsium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir. Onun antibakterial xüsusiyyətləri acqarına istehlak edildikdə daha effektiv olur.  xəbər verir ki, səhərlə

.

Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?

Su qaynadıqda içindəki zərərli mikroorqanizmlər məhv olur və bu, suyu təhlükəsiz edir. Lakin eyni suyu ikinci və ya üçüncü dəfə qaynatdıqda suyun həcmi buxarlanma nəticəsində azalır, lakin içindəki minerallar və maddələ

.

Qəhvə buna da xeyir imiş

Qəhvə orqanizmdə iltihab proseslərini zəiflətməyə kömək edir. xəbər verir ki, bu barədə nəticələr "Nutrients" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Araşdırmaya görə, qəhvənin tərkibində olan bəzi maddələ

.

Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbəd

.

Çuğundur şirəsinin faydaları: Niyə içməliyik?

Çuğundur (Beta vulgaris) polifenollar, antioksidantlar və elektrolitlərlə zəngin bir kök tərəvəzdir.  xəbər verir ki, onun şirəsi xüsusilə ürək-damar sağlamlığı və fiziki dözümlülük üçün əvəzolunmazdır. Çuğundurun tərkibind

.

Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri

​Tropik meyvələr arasında həm dadı, həm də ekzotik görünüşü ilə ən çox sevilənlərdən biri olan ananas sağlam qidalanma siyahılarının əvəzolunmazı hesab olunur. Vitamin mənbəyi kimi tanınan bu "ekzotik kral" arıqlam

.

Gündəlik nə qədər D vitamini qəbul etməliyik?

Yetkinlər üçün orta gündəlik D vitamini tələbatı təxminən 400 BV olaraq qiymətləndirilir, qanda 12-20 ng/ml səviyyəsi isə əksər insanlar üçün kifayət hesab olunur və bu diapazondan yuxarı səviyyələr heç bir əlavə fayda vermir

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi kosmetoloq vətənə aid bayatılar hamilələrin qidalanması nagillar byanka kosmetika vətən haqqında bayatılar aydin sani hakista sozler toyuq salati sanama