Azərbaycanda kişi krediti ödəyə bilmədi, bankda ürəyi dayandı

Azərbaycanda kişi krediti ödəyə bilmədi, bankda ürəyi dayandıFevralın 28-də Ucar sakini, 53 yaşlı Cəbrayıl Cəbrayılov "Dəmirbank"ın Göyçay filialında infaktdan dünyasını dəyişib. Onun banka 1020 dollar borcu olub və əlavə olaraq 500 dollar da faiz gəlib. Bank ondan borcu ödəməyi tələb edib, o isə bankdan möhlət istəyib, bu zaman Cəbrayıl Cəbrayılovun ürəyi dayanıb.

BAKU.WS xəbər verir ki, məlumatı Meydan TV-yə mərhumun bacısı oğlu Orxan Mirzəliyev verib.

Orxan Mirzəliyevin sözlərinə görə, 2014-ci ildə Cəbrayıl Cəbrayılovun övladı vəfat edəndə yas vermək üçün bankdan kredit götürüb:

"Krediti dollarla götürmüşdü, növbəti il devalvasiya olanda ağır vəziyyətlə üzləşir və borcu verə bilmədiyindən evini satıb, rayon Su İdarəsinin binasında məskunlaşdı. Düşündü ki, bəlkə hissə-hissə borcu ödəyər. Məsələ ondadır ki, kredit sığortalanmışdı, xəstələnsə, vəfat etsə, kredit tələb olunmayacaq. Mən özüm dünən dayımla bankda bir yerdəydim, oranın işçilərilə mübahisə yarananda onun vəziyyəti ağırlaşdı. Həkim çağırsaq da, artıq gec idi".

Orxan Mirzəliyev deyir ki, onlar müvafiq qurumlara şikayət etməyiblər:

"Dayım vəfat edəndə, polislər gəldi və sənədləşmə apardılar, vəssalam. Kimə şikayət edək, Dünəndən bəri bankdan bir nəfər gəlib dayımın yasıyla maraqlanmayıb. Daha kimə şikayət edək?"

Cinayət Məcəlləsinə istinad edən hüquqşünas Əkrəm Həsənov Meydan TV-yə bildirib ki, olaya görə bank məsuliyyət daşıyır:

"Məcəllənin 126-cı maddəsi bu məsələni özündə ehtiva edir. Qanunun 126.2.1., 126.2.2. və 126.2.3. maddələri bunu tələb edir. Sonuncu maddədə qeyd olunub ki, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə. Bank rəhbərliyinin həmin şəxsdən təzyiqlə borcu tələb etməsi onun səhhətində ağırlaşma yaradıb və adam ölüb. Buna görə 9 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası düşür. İndi söz müvafiq orqanlarındır".

"Dəmirbank"ın Göyçay filialının özünü Aytən xanım kimi təqdim edən əməkdaşı Meydan TV-yə deyib ki, gün ərzində yüzlərlə müştəri qəbul edirlər, onların sonrakı aqibəti haqda məlumatları olmur.

Xəbərlər     Baxılıb: 1584   Tarix: 01 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

qadin sayti geyim şəkilləri maskalar əməliyyatlar maraqli sekiller vətən haqqında inşa ana südü artırmaq kosmetika qaynana vidyolar efsaneler gunay vətənə aid bayatı