Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirus aşkarlanmış üç xəstənin vəziyyətində ağırlaşma yoxdur.
Milli.Az xəbər verir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.
TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni xəstə yoxdur.
Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.
Digər şəxslərdən biri 17 iyul 1973-cü iı təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs bir gün Tehranda, üç gün isə Təbrizdə səfərdə olub.
29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir