Azərbaycanda koronavirusa yoluxmuş LOR cərrah ölümdən belə xilas edildi – "Həkimləri çarəsizlikdən ağlayırdı

Azərbaycanda koronavirusa yoluxmuş LOR cərrah ölümdən belə xilas edildi – "Həkimləri çarəsizlikdən ağlayırdıAzərbaycanda LOR cərrah İlqar Əzimov xəstəsinin boğazını müayinə edərkən, onun koronavirus olduğunu bilmədiyindən özü də virusa yoluxmuşdu.
Virusun ağırlaşmasından ikitərəfli pnevmoniya olan həkim təcili koronaviruslu xəstələrin müalicəsi üçün açılmış Yeni Klinikaya çatdırılmışdı.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədən onun kolleqası, anestezioloq -reanimatoloq Şahin Məmmədov geniş məlumat verib.
Belə ki, hipoksiyada, ağır tənəffüs çatışmazlığında olduğu üçün xəstəyə dərhal süni tənəffüslə CPAP verildi. Lakin cpap kömək edə bilmədiyi üçün intubasiya edilərək, tam olaraq süni tənəffüsə keçirildı. İlqar Əzimov 1 həftədən çox süni tənəffüs aparatında ölümlə mücadilə etdi. Ağciyərlər hər ikisi total olaraq pnevmoniya olduğuna görə hətta süni tənəffüs aparatı qanda oksigeni qaldıra bilmirdi. Süni tənəffüs aparatında 100% oksigen ve yüksək PEEP verilməsinə baxmayaraq, saturasiya 62-72h % idi. C reaktiv zülal 600-dən yuxarı qalxmışdı.
"Real ölüm təhlükəsinə baxmayaraq, həkimlər gecə-gündüz dayanmadan çalışdı. Həkim kolleqalarının həyatda qalması üçün bütün klinika səfərbər olundu.
Hətta mübarızədə iştrak edən qadın həkimlərin aparılan tədbirlərin effektsiz olduğunu gördükcə ağladığının şahidi olduq. Azərbaycanda həmin vaxtlar həkim ölümü yox idi, ilk həkim ölümü qeydə alına bilərdi deyə klinika rəhbərliyindən xırda medpersonala qədər hamı bütün gücünü ortaya qoydu.
Aparılan tədbirlər öz müsbət effektlərini verməyə başlayanda, sevincimizin həddi hüdudu yox idi.
Süni tənəffüsdən ayrıldıqda, onun müalicəsində ciddi əməyi olmuş Tibb üzrə fəlsəfə doktoru, dosent, reanimatoloq Kəmalə Namazova sevincindən göz yaşları saxlaya bilmədi.
Cərrah dostumuzu xilas etmək üçün öz canlarını real təhlükəyə atmış bu komandanın qəhrəmanlarını siz də tanıyın. Sizinlə fəxr edirik və qürur duyuruq! Hər biriniz ən gözəl sözlərə layiqsiz!
Yeni klinikanın baş həkimi, Azərbaycanda ən gənc yaşda Tibb Elmləri doktoru olmuş professor Pərviz Abbasovun rəhbərliyi ilə bu müharibədə vuruşmuş və qalib gəlmiş həkimlərin siyahısını təqdim edirik:
Reanimatoloqlar:
Vüsal Nəbiyev (könüllü reanimatoloq anestezioloq)
Kəmalə Namazova (Tibb üzrə fəlsəfə doktoru, dosent, könüllü reanimatoloq)
Lalə Həsənova (Tibb üzrə fəlsəfə doktoru, Eksperimental Cərrəhiyyə İnistitunda Kardioreanimasiya şöbəsi müdiri)
Şahmərdan Danyalov (könüllü kardio reanimatoloq)
Dayaq Əhmədli (könüllü kardio reanimatoloq)
Leyla Məmmədova (könüllü kardio reanimatoloq)
Vasif Əliyev (könüllü uzman infeksionist)
Cəsur tibb bacıları, görünməyən tibb personalı, əməyi keçən bütün tibb işçiləri.
Bu gün Azərbaycan həkimləri tərəfindən yenidən həyata qaytarılan İlqar doktor xəstəxanadan evə yazılır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1362   Tarix: 09 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari gozel gorunmek qadin dunyasi zorlama aysel əlizadənin toyu bolqar biberinin faydasi xiyar tutması kosmetika arıqla faydalı məsləhətlər şəhid uzeyir hacibeyli maraqli hakistalar