Azərbaycanda özünü asan 17 yaşlı qızla bağlı ŞOK təfərrüat - Sən demə aparıcı Zaurun...
Şəmkir rayonunun Dəllər qəsəbə sakini, yaşadığı evdə özünü asan 2000-ci il təvəllüdlü Dilarə Rəhimova ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.
Xanim.az - ın Sonxeber.az-a istinadən məlumatına görə kənd sakinlərindən əldə etdiyi məlumata görə, Dilarə Rəhimovanın atası o azyaşlı ikən dünyasını dəyişib. Özündən böyük bacısı və 12-13 yaşlı qardaşı var. Bacısı ailəlidir. Qardaşı isə qəsəbədə başqa məktəbdə təhsil alır. Dilarə 11-ci sinifdə oxuyur. Lakin probleminin olduğu məlum deyil. Qəsəbədə onları sakit ailə kimi tanınırlar. Həyətdə hamam çəninin dirəyindən özünü asaraq öldürüb.
Məlumata görə, D.Rəhimova 2015-ci ildə də bir dəfə evdən Bakıya getmişdi. Aparıcı Zaur Baxşəliyevin verilişi vasitəsilə yeddi gün ərzində tapılmışdı.
Dəllər qəsəbə orta məktəbinin direktoru İlyas Vəliyev isə Sonxeber.az-a açıqlamasında bildirib ki, Dilarə Rəhimova məktəbdə ünsiyyətcil şagird olub. Digər uşaqlarla müqayisədə dərslərini zəif oxusa da, onun dərsə davamiyyətində problemi olmayıb.
"Hər gün məktəbə gəlirdi. Dünən 6-cı saat dərsdən çıxdıqdan sonra sinif yoldaşları ilə bərabər evlərinə gedib. Bu gün səhər dərsə gəlməməsi ilə bağlı ailəsi ilə əlaqə saxlanılıb. Məlum olub ki, anası onu məktəbə göndərmək üçün yuxudan oyatmaq istəyib. Qızını yatağında görməyib, həyətə çıxanda isə onun su çəninin dirəyindən asılmış meyitini görüb. Mənim 11-ci sinif şagirdləri ilə söhbətim zamanı mənə gələcəkdə kollecə hazırlaşıb, kiçik tibb işçisi olmaq istədiyini demişdi. Lakin, dərslərini zəif oxuyurdu". Dilarənin heç bir psixoloji problemi yox idi. Çevik, tez ünsiyyət quran şagird idi. Səmimi şagird idi".
Qeyd edək ki, Şəmkir rayonunun Dəllər qəsəbə sakini, 2000-ci il təvəllüdlü Dilarə Rəhimova yaşadığı evdə özünü asıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin