Azərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullar

Son illərdə şou-biznesdə əksər xanım sənətçilər arıqlamaqları ilə gündəmə gəlirlər. Onlar arasında təbii yolla, yəni pəhriz saxlayıb idman edənlər əlbəttə ki, azlıq təşkil edir. İncəsənət nümayəndələri qüsursuz bədənə sahib olmaq üçün həkimlərə müraciət edir, liposaksiya etdirmək niyyətinə düşürlər.

Bəs liposaksiya nədir?

Xanim.az-in məlumatına görə, liposaksiya "lipos – yağ" və "suction – sovurmaq" sözlərinin birləşməsindən yaranıb, "vakuumla piy sovurmaq" mənasını verir. Liposaksiya əməliyyatı bədinin müəyyən hissəsindəki piy toplantılarını o bölgədən uzaqlaşdıran cərrahi müdaxilədir. Bu müdaxilənin məqsədi sadəcə bədəni şəkilləndirməkdir, yəni çəki atmaq üçün sağlam bir yol deyil. Bədənin gizli yerlərində açılan kiçik giriş dəliklərindən sovurma gücünə sahib incə uzun borularla istəmədiyiniz nahiyələrdəki yağ toxumaları parçalanıb, vakuum yaradılaraq uzaqlaşdırılır. Nəticədə həmin nahiyələr yenidən şəkilləndirilərək daha düzgün bədən konturları əldə edilir.

Vakuumla piy sovurmaq üsulu ilə arıqlayan məşhurların adları mətbuatda çox yayımlanıb.

"Qafqazinfo"nun məlumatına görə, onlar arasında daimi olaraq bu cərrahi müdaxilədən istifadə edənlər də var. Məsələn, Xalq artisti Aygün Kazımova qarın və bel piylərindən azad olmaq üçün hər il bu üsuldan istifadə edir.

Elə onun qızı İlqarə Kazımova da bir neçə həftə bundan əvvəl anası kimi bel və qarın nahiyəsindəki piylərdən azad olub. Onun bədənindən ümumi olaraq 8 litr piy çıxarılıb.

Bundan əvvəl isə rəqqasə Fatimə Fətəliyeva liposaksiya etdirənlər karvanına qoşulub. Rəqqasə də qarın nahiyəsindəki piylərindən canını qurtarıb.

Əməkdar artirst Lalə Məmmədova da son günlər arıqlamağı ilə diqqət çəkən məşhurlardandır. Müğənni də artıq çəkilərindən azad olmaq üçün asan üsula əl atıb-liposaksiya etdirib.

Elə bir neçə gün bundan əvvəl Təranə Səmədova liposaksiya ilə artıq çəkilərindən xilas olub. Prodüserin bədənindən 6 litrə yaxın piy çıxarılıb.

Ancaq liposaksiya edən zaman istədiyi nəticəyə sahib olmayanlar, hətta dünyasını dəyişənlər var.

Məsələn, məşhur müğənni-aktrisa Reyhan Müslümova artıq çəkidən azad olmaq üçün vakuumla piylərini sovurmaq eşqinə düşür. 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşür və həyatını itirir. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılıb.

Liposaksiya üçün məşhurlar sözün əsl mənasında kisələrinin ağzını açıblar.

Belə ki, tanınmışların müraciət etdiyi klinikalarda bədənin hər bir nahiyəsindən piyin yığılması məqsədilə minimum 3-4 min AZN tələb edilir. Məsələn: bel və qarın nahiyəsi üçün qadınlar 6-8 min manat pul ödəməli olurlar. Bel, qarın, ayaq, sinə üçün isə 12-16 min AZN vermək şərtdir.

Liposaksiyanın hansı zərərləri var?

Liposaksiya əməliyyatı zamanı maksimum 6 litr piyin götürülməsi mümkün olsa da, bir çox cərrahlar artıq tamah göstərərək daha artıq piy xaric edir, bu da orqanizmdə maye balansının pozulmasına və bu da öz növbəsində xəstənin ölümünə gətirib çıxarır. Bədəndən artıq yağların götürülməsi təhlükəlidir. Çünki bu zaman orqanizmdə maddələr mübadiləsi pozulur. Plastik əməliyyat zamanı müəyyən bir hissədən yağ götürülürsə, piy mübadiləsi, karbohidrat, zülal mübadiləsi də pozulur, orqanizm özünü bərpa edə bilmir.

Əlavə edək ki, plastik əməliyyat keçirən insanlar gec-tez nevroloji və psixoloji sarsıntı keçirirlər. Əməliyyatlar zamanı insan orqanizminə yeridilən bu maddələr gələcəkdə onkoloji xəstəliklərin əsasını qoya bilər. Bu cür əməliyyatlar insan şüurunda da dərin iz buraxır.
Azərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullarAzərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullarAzərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullarAzərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullarAzərbaycanda "piy biznesi" - Məşhurların xərclədiyi pullar

Xəbərlər     Baxılıb: 2071   Tarix: 07 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

turlar.az

gozel gorunmek makiyaj instagram toy gecesi piroqlar balqabaq tumu xinayaxdi hakista usaq sampunlari kosmetika prostat usaq geyimleri hakışdalar baliq pizza