Azərbaycanda qızdırma dərmanları qıtlığı - Uşaqlara verməyə dərman tapılmır

Azərbaycanda qızdırma dərmanları qıtlığı - Uşaqlara verməyə dərman tapılmırAzərbaycanda qızdırma salan dərmanlar apteklərdən yoxa çıxıb. Ən lazımlılar "Parasetamol", "Panadol", "Nurofen" və digər bu kimi tez-tez istifadə olunan dərmanların yoxa çıxması xeyli təəccüb doğurur. Halbuki, valideynlərin bir çoxu həkimə müraciət etmədən bu dərman vasitələri ilə uşaqlardakı qızdırmaya özü əlac edirdi. Soyuqdəymə, infeksion xəstəliklərin yayıldığı bir dönəmdə bu halın yaşanması əhalini əlacsız qoyub.
Problemlə bağlı həkim Vaqif Qarayev də Bizim.Media-ya bunları deyib.
"İndiki vəziyyətdə həm həkimlər, həm də valideynlər çaş-baş qalıblar. "Tempanal" deyilən preparat var. Qızdırma üçün apteklərdə yalnız onu tapmaq olur. Bu dərmanı da körpə uşaqlara vermək bir az risklidir. Seçim olmadığı üçün valideyn də, həkim də məcbur qalır".
Həkim onu da əlavə edib ki, dərmanların yoxa çıxması səbəbilə bir neçə tanış apteklə əlaqə saxlayıb:
"Hamısı səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir. Bu dərmanlar, əsasən, həmin dövlətlərdən gəlir. Amma bu, səbəb olsa da, bəhanəyə əsas vermir. Biz bütün ekstremal vəziyyətlərə hazır olmalıyıq".
Ekspertlərin fikrincə, bu təkcə bizdə deyil, qonşu dövlətlərdə də yaşanan bir haldır. Amma onların çoxu vəziyyətdən çıxış yolu tapıb. Əldə etdiyimiz məlumata görə, adını çəkdiyimiz qızdırma salan dərmanların analoqu üçün qonşu Gürcüstan Türkiyə şirkətləri ilə müqavilələr bağlayıb.
Bəs biz nəyi gözləyirik?
Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya açıqlamasında dərman bazarında kartel sövdələşmələrin olduğunu söyləyib:
"Bazar bir neçə şirkətin əlindədir. Ona görə də dərman qıtlığı çox zaman süni şəkildə yaradılır. Çünki qıtlıq bahalığa yol açır. Üstəlik, inhisarçılar yerli dərman istehsalını da boğurlar. Azərbaycanda dərman istehsalı üçün ideal şərait var. Hətta dövlət Pirallahıda Sənaye Parkı da yaradıb. Çox təəssüf ki, dərman biznesi ilə məşğul olan bəzi məmurlar yerli istehsalda maraqlı deyillər. Ona görə də Sənaye Parkı 10 ilə yaxın müddətdə fəaliyyət göstərsə də, cəmi bir istehsalçı var. Yerli istehsal olmadığı üçün biz hər gün dərman qıtlığı və qiymət artımı ilə üzləşəcəyik".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1088   Tarix: 16 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 sade makiyaj sekilleri azad qadin moda xəbərləri testlər ehtiraslı şəkillər kosmetika veten haqqinda atalar sozu sekis bedii edebiyyat video novruz bayramina aid hakistalar