Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandıAzərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir.
Milli.Az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:
"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır".
TƏBİB İdarə Heyətinin sədri qızılca ilə bağlı valideynlərə çağırış edib:
"Valideynlərdən və vətəndaşlardan xahiş edirəm, övladlarında qızılca ilə bağlı hansısa simptom olduğu halda tibb müəssisələrimizə müraciət etsinlər. Xəstənin vəziyyətinin ağır və ya yüngül olmasından asılı olmayaraq, evdə müalicə etmək düzgün deyil. Xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var. Çünki infeksion, yoluxucu xəstəliklərin fəsadları çox olur. Buna görə bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik, nəzarəti də həyata keçirir, lazım olduğu zaman stasionar müalicəni də həyata keçiririk".
Vüqar Qurbanov, həmçinin bildirib ki, məsuliyyət tibb müəssəsi ilə yanaşı vətəndaşın da üzərindədir:
"İlkin əlamət aşkar edildikdə tibb müəssisəsinə vaxtında müraciət edildiyi zaman yüksək səviyyədə xidmət təmin edilir. Xəstəxanaya gecikdirilmiş halda müraciət edildiyi zaman isə proses uzanır və vətəndaş üçün çətinlik yarana bilir".
Milli.Az

Xəbərlər     Baxılıb: 963   Tarix: 08 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

kosmetoloq geymler 2026 qadın geyimi kök suyu uşaqlara yemək hazırlama xalq mahnilari sozleri murebbeler kosmetika veten baldıza aid hakışta paxlava maraqli hakistalar aybawi