Azərbaycanda RƏZALƏT! Cinsi əlaqədən imtina etdi, əri başına görün nə oyun açdı

Azərbaycanda RƏZALƏT! Cinsi əlaqədən imtina etdi, əri başına görün nə oyun açdıSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu keçirib. Sorğu Lənkəran, Beyləqan, Füzuli və Şəmkirdə yaş həddi 18 yaşdan yuxarı olan 400 qadın arasında keçirilib. Respondentlərdən qadının öz statusunu necə dərk etməsinin vacib göstəricisi olan evli qadının döyülməsinə münasibətləri haqqında məlumat toplanıb.

Qadınlardan hansı hallarda kişinin arvadını döyməyə ixtiyarı olub-olmaması haqqında soruşulub. Bura qadın xörəyi yandırdıqda, əri ilə mübahisə etdikdə, ərindən icazəsiz harasa getdikdə, uşaqlara nəzarət etmədikdə və cinsi əlaqədən imtina etdikdə halları daxildir. Sorğuda ərin arvadını qeyd olunan hər hansı səbəbə görə vurması və ya döyməsinə haqq qazandıran qadınlar da var. Qadınların 24.3%-i ərindən icazəsiz harasa getdikdə, 18.9%-i uşaqlarına nəzarət etmədikdə, 13.6%-i əri ilə mübahisə etdikdə, 8%-i cinsi əlaqədən imtina etdikdə, 5%-i isə xörəyi yandırdıqda arvadın döyülməsini haqlı sayır. Ümumilikdə rəyi soruşulanların təxminən 28%-i qeyd olunan səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyməsini düzgün sayır.

İSİM-in həkim metodisti Raisə Əhmədova Beynəlxalq Qeyri-zorakılıq günün həsr olunan tədbirdə sorğuda yaşı 18-dən yuxarı olan ailəli, qeyri-rəsmi nikahda olan, boşanmış və dul qadınların iştirak etdiyini bildirib: "15-19 yaş kateqoriyasında olanlardan 14 nəfər (3,5%), 20-24 yaş arası 40 nəfər (10,0%), 25-29 yaş arası 59 nəfər (14,8%), 30-34 yaş arası 41 nəfər (10,3%), 35-39 yaş arası 37 nəfər (9,3%), 40-44 yaş arası 43 nəfər (10,8%), 45-49 yaş arası 56 nəfər (14,0%) və 50-54 yaşları əhatə edən kateqoriyadan 55 nəfər (13,8%) sorğuda iştirak ediblər. Sorğuda iştirak edənlərdən 216 nəfəri (54%) tam orta təhsilli, 84 nəfəri (21%) orta ixtisas təhsilli, 42 nəfəri (10,5%) ali təhsilli, 8 nəfəri (2,0%) ibtidai təhsilli, 3 nəfəri (0,8%) təhsil almayanlardır".

Qeyd edək ki, 28 faiz qadının "ərim istəsə məni döyər də, söyər də" deməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycanda məişət zəminində baş verən cinayət hadisələrinin də əksəriyyəti məhz kişinin qadın üzərində zorakılığına əsaslanır. Nə yazıq ki, bir sıra qadınların psixologiyasında bu cür fikirlər ta qədim zamanlardan mövcud olub. Çoxları Azərbaycanın məşhur "O olmasın, bu olsun" filmindəki Məşədi İbadın "Arvad kişidən nə qədər qorxsa, bir o qədər yaxşıdır" sözlərini yəqin ki, xatırlayar. Demək ki, bu cür düşüncə keçmişdən bir sıra insanların psixologiyalarında hələ də qalıb.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadınlar bəzən düşünür ki, döyülməyə layiqdirlər:

"Biz qadına qarşı şiddətlə ona görə mübarizə apara bilmirik ki, qadınlar bu cür stereotiplərdən asılıdırlar. Qadınlar bəzi hallarda kişilərə haqq verirlər. Onları dəstəkləyirlər, düşünürlər ki, qadınlar döyülməyə layiqdir. Çünki onlar zamanında döyülmüş qadınlardır. Əslində mən bu cür düşünən qadınların 28 faizdən daha çox olduğunu düşünürəm. Çünki əksər qadın düşünür ki, kişi qadını döyə bilər, çünki qadın günahkardır. Qadının günahı isə yeməyi vaxtında bişirməməsi, ərindən gec durması, uşağa yaxşı baxmamağı, ərindən icazəsiz atası evinə getməsi və sairə. Ona görə də düşünürəm ki, 28 faizdən çox qadın kişinin qadını döyməsinə haqq qazandıra bilər və mənim üçün bu 28 faizdə hansı yaş aralığındakı qadınların iştirak etdiyini bilmək maraqlı olardı. Kişinin zorakılığına və kişinin törətdiyi cinayətə əsas verən qadınlar problemin aradan qaldırılmasına ciddi maneçilik törədirlər. Bu qadınlar ola bilər ki, baldızlar, qayınanalar, yaxın adamlar olsun, hansı ki, bu stereotiplə, bu düşüncə tərzi ilə böyüyüblər. Mən həmişə deyirəm bizim qanunlarımızla davranış motivimiz uyğun gəlmədiyi üçün qanunun icrasında ciddi problemlər yaranır. Çünki biz qanuna tabe olmaq, qanunu öyrənmək yox, öz yaşam tərzimizi məişət səviyyəsində müəyyənləşdirib yazılmamış qanunlarla idarə edirik. Bu yazılmamış qanunların içərisində qadının döyülməsi, günahkar hesab edilməsi, təzyiq altında saxlanılması əsas davranış motivimizdən biridir. Bunun da arxasında qadın günahkardır devizi gedir ki, qadın istəsə ailəni qoruyar, qadın istəsə hər şey mükəmməl olar. Bunları qadın etməlidir. Bunları etməyəndə qadını döymək də olar. Təəssüf ki, bu fikirlərə də rəvac verən elə qadınların özüdür. Elə qadınlar var ki, onlar düşünür ki, ailənin idarə edilməsində bu tətbiq olunmalıdır".

Zeynalova insanları bu cür düşüncədən qurtarmaq üçün şüurun dəyişilməsinin vacib olduğunu dedi: "Təkcə maarifləndirmə ilə bu işlərin qarşısını almaq olmaz. Şüur ictimai qınaqla dəyişə bilər. Bəzi qadınlar özlərini daha uğurlu və ideal təqdim etmək üçün günahkar qadının döyülməsi tendensiyasını irəli sürürlər".

Psixoloq Azad İsazadə bildirdi ki, qadına qarşı daha aqressiv davranan da sırf qadın cəmiyyətinin özüdür:

"Bu, yalnız bizə xas bir xarakter deyil. Ümumiyyətlə, əsrlər boyunca dünyada kişi hegemonluğu olduğuna görə belə bir fikir formalaşıb. Bəzi ölkələrdə bu bir az çoxdur, bəzi ölkələrdə isə azdır. İnkişaf etmiş Qərb ölkələrində də bu problemlə rastlaşırlar. Sadəcə orada daha güclü feminist hərəkatı olduğuna görə bunu şərqdəki kimi açıq-aşkar görmək olmaz. Orada qadının hüququ qanun çərçivəsində daha yaxşı qorunur. Şərq ölkələrində də qanunlar var. Bu qanunlara görə, kişi və qadın bərabər hüquqludur. Amma reallıqda qanunlar çox vaxt işləmir, ya da zəif işləyir. Şərqdə qadının rolu daha çox ailə, uşaq və evlə bağlıdır. Kişinin isə rolu pul qazanmaqdır. Ailədə bəzən kim pul qazanırsa, o meydan oxuyur. Hətta belə bir fikir də var ki, "kişi döyürsə, deməli sevir". Bu söz faktiki olaraq kişi hegemonluğunun tərəfini saxlayan atalar sözüdür. Qəbul olunmuş qanunlar işləsə, bu, psixoloji davranışa da təsir edər. Təəssüflə qeyd etməliyəm ki, qadına qarşı daha aqressiv davranan da sırf qadın cəmiyyətinin özüdür. Məişət zorakılıqlarına da diqqətlə baxsaq görərik ki, o zorakılığın kökündə qayınananın, baldızın fikri var. Məişət zorakılığının alət kimi istifadəsi ər olur. Ərin qulağını dolduran isə xanımlardır".

mənbə: sputnik.az

Xəbərlər     Baxılıb: 3237   Tarix: 04 oktyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?

Gündəlik həyatda tez-tez müzakirə olunan mövzulardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bu məsələyə fərqli yanaşsalar da, ümumi tövsiyələr müəyyən məqamlarda üst-üst

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbəd

.

Koronavirusun gizli fəsadı ortaya ÇIXDI

COVID-19 sağalmış insanlarda allergiya yaratmır, lakin immun sistemində balans pozğunluğu yaradaraq autoimmun xəstəlikləri tətikləyə bilər. xəbər verir ki, bunu Pirogov University-nin dosenti Olga Zykova bildirib. Onun sözlərin

.

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəy

.

Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu

Gündə cəmi 30 dəqiqə fiziki aktivlik sağlam və gənc qalmaq üçün mühüm rol oynayır. xəbər verir ki, aparılan elmi araşdırmalar göstərir ki, müntəzəm hərəkət yalnız fiziki görünüşü deyil, həm də bədənin bioloji yaşını müsbə

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

Acqarına qara istiot çeynəməyin faydaları

Qara istiot A, C və K vitaminləri ilə yanaşı, kalium, kalsium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir. Onun antibakterial xüsusiyyətləri acqarına istehlak edildikdə daha effektiv olur.  xəbər verir ki, səhərlə

.

Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB

Nəm salfetlər ayaqqabını tez təmizləmək üçün rahat üsul kimi görünsə də, əslində onlar faydadan çox zərər verə bilər. . xarici mediaya istinadla xəbər verir ki, çoxları küçəyə çıxmazdan əvvəl ağ krossovkada ləkə gördükd

turlar.az

gözəllik məhsulları maskalar donlar 2026 seks prosesi mətbəx qaydaları yagli saclar ucun meslehetler hamiləliyə hazırlıq kosmetika kondom nedir pomidor cantalar qaynana novruza aid hakışta