Azərbaycanda ŞOK cinayət - Facebook-da tanış olduğu qıza da, oğlana da təcavüz etdi

Azərbaycanda ŞOK cinayət - Facebook-da tanış olduğu qıza da, oğlana da təcavüz etdiİmişli rayonu Bəhramtəpə qəsəbəsində anadan olmuş 1982-ci il təvəllüdlü Zamiq Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qadinsayti.az xəbər verir ki, Zamiq Paşayev 25 yanvar 2015-ci il tarixdə, günorta saat 15 radələrində Samirə Əliyeva (ad və soyad şərti verilib) ilə sosial şəbəkədə tanış olub.

O, Samirə Əliyevanı cinsi əlaqədə olmaq üçün Biləcəri qəsəbəsində kiradə qaldığı evə dəvət edib. Evdə qıza qarşı seksual hərəkətlər edən Zamiq Paşayev onunla cinsi əlaqədə olmaq istəyib.

Amma Samirə Əliyeva onun istəyi ilə razılaşmayıb. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə zamanı o, Samirə Əliyevanı döyüb. Samirə Əliyeva döyülməsi nəticəsində bədənini müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Daha sonra Zamiq Paşayev həmin ilin sentyabrın 5-də, gecə saat 3 radələrində sosial şəbəkədə cinsi azlıq olan Həmid Məmmədovla (ad və soyad şərti verilib) tanış olub. O, Həmid Məmmədovu qarət etmək məqsədilə Biləcəridə kirədə qaldığı evə çağırıb. Həmid Məmmədov Zamiq ilə cinsi əlaqədə olmaq üçün 20 manat istəyib. Zamiq də onun dediyi məbləğlə razılaşıb.

Bundan sonra Həmid Məmmədov onun dediyi yerə gəlib və küçədə onlar görüşərək evə gediblər. Zamiq Paşayev evdə Həmid Məmmədovla bir neçə dəfə qeyr-təbii yolla cinsi əlaqədə olub. Sonra Həmid ondan istədiyi 20 manatı alıb.

Zamiq Paşayev Həmid Məmmədovu yola salmaq üçün evdən çıxıb. O, evdən çıxarkən özü ilə bıçaq götürüb.

Zamiq Paşayev küçədə Həmid Məmmədova basqın edib. O, əvvəlcə verdiyi 20 manatı, sonra 85 manat pulu və dəyəri 100 manat olan "Samsung Duos" markalı telefonu Həmiddən alıb.
Həmid Məmmədov baş verən quldurluq hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zamiq Paşayev tutulub.

Zamiq Paşayev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamiq Paşayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Zamiq Paşayevin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası Zamiq Paşayevin şikayətini təmin etməyib.

Teleqraf.com

Xəbərlər     Baxılıb: 4042   Tarix: 09 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari qadın geyimi kişi sonsuzluğu piodermiya nedir ana və uşaq razyana çayı kosmetika bayatı novruz bayramina aid hakista əfsanələr penis uşaq şeirləri