Azərbaycanda süd və süd məhsulları bahalaşdı - QİYMƏTLƏR

Azərbaycanda süd və süd məhsulları bahalaşdı - QİYMƏTLƏRAzərbaycanda süd və süd məhsullarının qiymətlərində bahalaşma müşahidə edilir.

Xanim.az oxu.az-a istinadən xəbər verir ki, bahalaşma xüsusən "Milla" məhsullarında daha çox nəzərə çarpır, eyni zamanda, "AzərSüd", "PalSüd" məhsullarının qiyməti də qalxıb.

Konkret olaraq, "Milla"nın qiyməti (2,4%-lik, 1 litr) 1.74 manatdan 1.94 manat qalxıb. "Milla" xamaları (20%-lik, 300 qram) yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb.

Həmin xamanın 25%-liyinin qiyməti isə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. "Atena" (2,4%, 1 litr) 1,95, "PalSüd" (2.4%, 1 litr) 2.07, "AzərSüd" (1,5%, 1 litr) 1.79 manatdır.

Başqa sözlə, son 1-2 ayda yerli məhsullar təxminən 10-20 qəpik bahalaşıb. Bəs bunun səbəbi nədir?

Nəzərə alsaq ki, yerli istehsalın böyük bir hissəsi quru süddən hazırlanmış məhsulların payına düşür, o zaman qeyd edək ki, buna təsir edə biləcək amillər çox azdır. Çünki quru süd bahalaşmayıb, Azərbaycanda dolların məzənnəsi sabitdir, yerli bazarda hər hansı dəyişiklik yoxdur.

Təbii ki, ilkin olaraq, mal və məhsulların qeydiyyatı, yəni uçotun şəffaflaşdırılması amilinin bazardakı qiymətlərə təsiri diqqətə çarpır. Uçotun düzgün qurulması bu sahədəki istehsalçıların "kölgə gəlirləri"nə müəyyən dərəcədə təsir etməyə başlayıb.

Bundan başqa, ölkədəki məhsulların tərkibi ilə bağlı da nəzarət gücləndirilib. Belə ki, məhsulların etiketlərində qeyd edilən yağlılıq dərəcəsi və digər qatqıların yerində olması da istehsalçıları bir qədər "əziyyətə" salıb. Xüsusən süd və süd məhsullarının yağlılıq dərəcəsi üzrə göstəricilər və istifadə olunan yağların mənşəyi ilə bağlı məsələlər də məhsulların qiymətinə təsir edib.

Əvvəllər daha çox spred yağlardan, yəni palma yağlarından istifadə edən istehsalçılar, indi göstərdikləri rəsmi keyfiyyət parametrləri üzrə məhsul istehsal edərkən xərcləri artdığından bu da qiymət artımına təsir edib.

Bundan başqa, Azərbaycanda heyvandarlığın yem problemi var və bu da öz növbəsində təbii süddən hazırlanan məhsulun maya dəyərinə təsir edir. Amma o da faktdır ki, rayonlardakı fərdi təsərrüfatlarda südün qiyməti qalxmayıb.

Məsələn, Şirvanda südün 1 litri pərakəndə halda 60 qəpikdən, topdan isə 50 qəpikdən satılırdı və ötən 1-2 ayda qiymətlər dəyişməyib. Burada yalnız mövsümi amil, yəni qışda süd istehsalının aşağı düşməsi müəyyən qədər rol oynayır.

Qeyd edək ki, Azərbaycanın süd məhsulları bazarında müəyyən qədər inhisarçılıq əlamətləri də var və bunu qiymətlərin artım tendensiyasını izləməklə görmək olar.

Xəbərlər     Baxılıb: 2945   Tarix: 04 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gelinlikler reseptler toy makiyaji sekilleri kesmikli koke qadın dünyası az saç düzümləri is qurmagin yollari kosmetika vicdan seksi həsən bəy zərdabi hakista sozler janrlar