Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabda

Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabdaQızılca nədir? Bu xəstəlikdən necə qorunmaq olar? Mİlli.Az xəbər verir ki, jurnalist Könül Şahin BBC Azərbaycanca üçün bu və digər suallara cavab tapmağa çalışıb.
1. Qızılca nədir?
Qızılca çox asanlıqla yayılan və bəzi insanlarda ciddi problemlər yarada bilən bir infeksiyadır.
Tibbdə rubeola və ya morbilli kimi də tanınan bu xəstəlik tənəffüs sisteminin viral infeksiyası kimi də təyin edilə bilər.
Hava-damcı yolu ilə insandan insana keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasındadır.
Qızılcaya, əsasən, uşaqlar yoluxur. Amma digər yaş qruplarında olan insanlar da bu virusla xəstələnə bilər.
Qızılca virusunun törətdiyi xəstəliyin yeganə məlum mənbəyi insandır. Yəni xəstəlik insandan insana keçərək yoluxdurur.
Xəstənin öskürməsi və ya asqırması, o cümlədən yoluxmuş şəxslə fiziki təmasda olma xəstəliyin ötürülməsinə səbəb olur.
Yoluxmuş insan asqırdıqda havaya yayılan virus bir saat havada asılı vəziyyətdə qalır. Buna görə də tənəffüs yolu ilə təmas xəstəliyin ötürülməsində mühüm amildir.
Sağlam bir insanın qızılcaya yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, geyim, boşqab, çəngəl və ya oyuncaq kimi əşyalara toxunması böyük risk yaradır. Əgər insan bu əşyalara toxunarsa, sonra əlini sabunlamadan ağzına, burnuna və ya gözünə sürtərsə, xəstələnə bilər.
Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.
Xəstəliyin 15-17-ci günlərində immun sistemin reaksiyası ilə virusun yayılması dayandırılır və immun sistemi xəstəliklə mübarizəyə başlayır.
Azərbaycanda peyvəndlərdən niyə imtina edilir?12 Iyul 2019
İcbari Tibbi Sığorta haqqında 5 suala cavab7 Fevral 2017
2. Qızılcanın simptomları
Qızılca virusuna yoluxduqdan təxminən 8-12 gün sonra xəstəliyin ilk əlamətləri görünür. Bu simptomlar çox vaxt yuxarı tənəffüs yolları infeksiyasına bənzəyir.
Burun axması, öskürək, asqırma, halsızlıq, yorğunluq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində kiçik boz rəngli ləkələr, gözün işığa həssaslığı kimi əlamətlər ortaya çıxır. Xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcə arasında dəyişir.
Qulaq və boyun arxasında səpkilər başlayır. Bu səpkilər əvvəlcə üzə, bədənə, sonra isə qol və ayaqlara yayılır. Qızılcada səpki qırmızı və qəhvəyi rəngdə olur. Bütün bədənə yayılan səpkilər təxminən 4 gün davam edir.
Yetkinlərdə qızılca səpkiləri uşaqlara görə daha az olur.
Qızılcaya yoluxan insan, adətən, təxminən bir həftə ərzində yaxşılaşmağa başlayır. Amma bəzi hallarda bu xəstəlik təhlükəli ola bilir.
Qızılca orqanizmin digər hissələrinə, məsələn, ağciyərlərə və ya beyinə yayılarsa, ciddi problemlərə səbəb ola bilir.
Səpki yox olduqca, insanın qızdırması da aşağı düşür. Ancaq xəstəliyin səbəb olduğu öskürək təxminən 10 gün davam edir.
3. Qızılcaya yoluxmanı erkən aşkarlamaq mümkündürmü?
Türkiyənin Afyonkarahisar Dövlət Xəstəxanasının həkimi Səfa Səməd Durmaz BBC Azərbaycancaya deyir ki, əgər nümunə qızılcaya yoluxan insan ilə təmasa məruz qaldıqdan ilk 72 saat ərzində götürülübsə və mənfi çıxıbsa, ikinci nümunənin götürülməsi tövsiyə olunur.
Çünki virus inkubasiya dövründə olduğu üçün əvvəlcə qanda görünməyə bilər.
Virus PCR - mikrobioloji təhlil metodundan istifadə edərək aşkarlana bilər.
4. Qızılca hansı problemlər yarada bilər?
Qızılcanın səbəb ola biləcəyi problemlər aşağıdakılardır:
Sətəlcəm
Meningit
Korluq
Qızılca infeksiyası vərəm infeksiyasının yenidən aktivləşməsinə, pnevmoniyaya, boyundakı limfa düyünlərinin iltihabına, orta qulaq infeksiyasına (otit mediasına) və beyinin iltihabına səbəb ola bilər.
Bu problemlər nadir müşahidə edilsə də, körpələr və immuniteti zəif olan insanlar risk altında sayılır.
5. Qızılcanın müalicəsi varmı?
Türkiyənin Afyonkarahisar Dövlət Xəstəxanasının həkimi Səfa Səməd Durmaz BBC Azərbaycancaya deyir ki, qızılcanın xüsusi müalicəsi yoxdur və sadəcə, immuniteti gücləndirən müalicə aparılır. Həkim maye balansının qorunmasının vacibliyini vurğulayır.
"Xüsusilə qida çatışmazlığı (yetərsiz qidalanma) olan və 2 yaşa qədər uşaqlara A vitamini əlavəsi verilməlidir. A vitamini qızılcada fəsadların inkişafının qarşısını alır və immunitet sistemini gücləndirir".
Qızılcaya yoluxan insanlara yataq istirahəti və sulu yeməklər tövsiyə olunur.
Göz qapaqlarını ilıq su ilə təmizləmək, yüksək hərarət zamanı qızdırma salıcı dərmanlar qəbul etmək olar. Otağın havasını nəm saxlamaq vacibdir.
Qızılcaya yoluxan biri ilə təmasda olan hamilələrin isə tibbi məsləhət alması vacibdir.
6. Yoluxarkən və ya xəstə ilə təmas olarsa, nəyə diqqət etmək lazımdır?
Mütəxəssislər qızılcaya yoluxan uşaqlarla bağlı aşağıdakı məsləhətləri verir:
Uşaq beş gün evdə dincəlməli, məktəbə göndərilməməlidir.
Qızılca diaqnozu təsdiqləndikdən sonra məktəblərdə, uşaq bağçalarında və iş yerlərində olan
insanlar məlumatlandırılmalıdır.
Qızılca xəstəsi olan uşaqla təmasda olan insanlar 72 saat ərzində peyvənd edilməlidir.
Evə yad adamlar gəlməməlidir.
Uşaq ayrı otaqda qalmalı və otağa baxıcıdan başqa heç kim daxil olmamalıdır.
Otaq havalandırılmalı, rütubət səviyyəsinə diqqət yetirilməli və otağa günəş işığı düşməlidir.
Xəstəyə qulluq edən şəxslər maskalardan istifadə etməlidirlər.
Xəstə kök, portağal və yumurta kimi A vitamini ilə zəngin ərzaqlarla qidalanmalıdır.
7. Qızılcadan necə qorunmaq lazımdır?
Həkim Səfa Səməd Durmaz qeyd edir ki, qızılcadan qorunmağın ən təhlükəsiz və təsirli yolu peyvənd olunmaqdır:
"Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq lazımdır və qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur. Peyvənd qızılca virusuna yoluxmuş insanlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır,- həkim vurğulayır.
O bildirir ki, peyvənd, əsasən uşaqlıq dövründə və iki dozada tətbiq edilir: "Birinci doza uşaq 12-15 aylıq ikən, ikinci doza 4-6 yaş arasında vurulur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1299   Tarix: 11 yanvar 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

adlarin menasi geyim dəbləri qadın geyimi fitrə kimlərə verilir yemək reseptləri bəxtiyar vahabzadə ana şeiri zebra keksi kosmetika gulmeli hakista aysel balıq xeyanet usaq seirleri