Azərbaycanın məşhur aktyoru müflis oldu "Dolların üzünü televizorda görürəm" - FOTOLAR

Azərbaycanın milli bayramı sayılan Novruzun atributlarından olan Kosa obrazının ifaçısı Qafar Novruzlu təəssüratlarını Yeniçağ.az-la bölüşüb.

Kefsiz olduğunu deyən Kosa bazarının bağlandığından şikayətlənib.

– Mən əsrin kosasıyam, çox bayramlar yola vermişəm. Yaxşı günlərimiz çox olub. Amma indi vəziyyət elə də ürəkaçan deyil. Yalan nə deyim. İldən-ilə Novruz bayramını cılızlaşdırıblar. Camaatda heç bayram əhval-ruhiyyəsi yoxdur, buna görə mənim də əhvalım yüksək deyil.

– Niyə, nə olub ki, xurcunu doldurmurlar daha?

– Ay rəhmətliyin qızı, camaat özünü güclə dolandırır, kimdir bizə pay verən? Çəkilişlərə gedirəm, studiyada Allahın bir xonçası da yoxdur.

– İndiyə qədər xurcununuza qoyulan ən maraqlı hədiyyəniz nə olub?

– İki yumurta.

– Heç xurcuna pul qoyanlar olur?

– Camaat özü pul tapmır, kimdi bizə pul verən?

– Bəs nə vaxt xurcuna pul qoyurlar?

– Əvvəllər verirdilər, dollar da, manat da. Ən çox qazandığım məbləğ 200 manat olub. Amma indi dolların üzünü televizorda görürük.

– Onu kim vermişdi?

– O məslək sirridir.

– Heç sizi təhqir edənlər olub?

– Yox, yalnız meydan oyunlarında bir-birimizlə güləşmişik. Bilirsiniz ki, mən Ulu Öndərin ən sevimli kosası olmuşam. O, mənə dəyər verirdi, onunla yumurta döyüşdürmüşəm. Bir də Prezidentimlə yumurta döyüşdürmüşəm.

– Heç rəqibiniz var?

– Dərdimi təzələmə, indi bizi sayan yoxdur. Klonlar çörəyimizi əlimizdən alıblar. Bayram günü bizim personajların geyimində olurlar. Qalmışıq ortalıqda, çörək ağacımızı əlimizdən alıblar.

– Bəlkə diqqət çəkmək üçün bir qədər müasirləşəsiniz, onda bazarınız da olar?

– "Skayp"ım var, arada yazışıram. Amma "Vatsap"dan-zaddan başım çıxmır, mən qədimdənqalma kosayam.
Azərbaycanın məşhur aktyoru müflis oldu "Dolların üzünü televizorda görürəm" - FOTOLARAzərbaycanın məşhur aktyoru müflis oldu "Dolların üzünü televizorda görürəm" - FOTOLAR

Xəbərlər     Baxılıb: 3458   Tarix: 20 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi gözəllik məhsulları qadin sayti bilincik resepti saç hörükləri tük çıxartma sanamalar kosmetika bayraq sirniyatlar vətən haqqında atalar sözləri sperma big.az