Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR

Məşhurlarımızın dəfələrlə ən sadə suallara belə cavab verə bilmədiklərinin şahidi olmuşuq.

Bəziləri Eynşteyni tanımır, bir çoxları isə nitqlərini düzgün qura bilmir. Azərbaycanlı məşhurların, sənət adamları, aparıcıların çox istifadə etdiyi "İnstagram"-da şəkillərə yazdıqları başlıqlar isə əksəriyyətinin Azərbaycan dilində bir cümləni belə normal yaza bilmədiklərini göstərir.

Dilin normaları bir yana, çoxları heç Azərbaycan əlifbasını belə bilmir. "Ş" hərfi əvəzinə ümumiyyətlə dilimizə yad "w" yazanlar, "q" hərfini əlifbadan silib, ancaq "g" yazmaqları və yaxud heç özlərinin də anlamadığı cümlə quruluşları…

Minval.info-nun əməkdaşı cəmiyyətin yaxşı tanıdığı, çox sevdiyi müğənni və aparıcıların "İnstagram" hesablarına göz gəzdirərək, onların Azərbaycan dilinə nə qədər yad olduqlarını aşkarlayıb:

Araşdırmamıza Talıb Taledən başlasaq, görünür, müğənni konsert verdiyi İsrailinin dilimizdə necə yazıldığından xəbərsizdir. Durğu işarələri ilə arası olmayan müğənni, qarşısında şəkil çəkdirdiyi məscidin necə yazıldığını da bilmir. Talıb Taleh də "q" hərfinə haqsızlıq edənlərdəndir. "Məqsəd" sözünün "Məksəd" kimi yazılması bunu göstərir.

Efirdəki savadsızlıqlarını sosial şəbəkələrdə də nümayiş etdirən Sevil Sevinc bacılarının ağıllı telefonlarında ya boşluq qoymaq üçün düymə işləmir, ya da onlar SMS dövründəki kimi sözləri bitişik yazmağa adət ediblər. Sözləri orfoqrafiya gözləmədən, dedikləri kimi yazan bacılar, həmçinin "da" ədatının ayrı yazılması barədə qrammatik qanundan heç xəbərdar deyillər.

Bəziləri vergüllərdən istifadə etmədiyi halda, Şəbnəm Tovuzlu vergülləri nöqtə əvəzinə istifadə edir. Müğənni "ş" əvəzinə "w" yazır və bacılar kimi "da"-nı ayrı yazmaq barədə heç düşünmür.

Müğənni Nazənin vizaj sözünün düzgün yazılışını bilmədiyi üçün həm onu "ş"-ilə yazıb, həm də "ş" hərfini "v"-ilə. Beş hərfli bir sözə görə bu qədər səhv bir az çox deyil?

Namiq Qaraçuxurlu da danışdığı kimi yazmağa üstünlük verənlərdəndir.

Belə düşünməyin ki, təkcə müğənnilər düzgün Azərbaycan dilində yaza bilmir. İllərin aparıcıları, efirdən hər kəsə dərs keçənlər də dilimizi düzgün istifadə edə bilmirlər. Canlı yayımda heç də az səhv etməyən Zaur Baxşəliyev sosial şəbəkələrdə də dil normalarını pozmaqdan çəkinmir. Həyat yoldaşı Günayla birgə istifadə etdikləri "İnstagram" profilindən bəlli olur ki, cütlük "feyzyab" sözünün necə yazılmalı olduğunu öyrənməlidir. Hələ "eksklüziv" və "sağ olun" sözlərindən heç bəhs etmirik.

Uzun illərdir "ATV" telekanalında Xəbərlər buraxılışının aparıcısı olan Lalə Azərtaş da, təəssüf ki, dilimizə yad olan "w"-dan istifadə edir.

Rejissor və ssenarist İlham Qasımov ssenari yazmaqda yaxşı olsa da, "ssenari" sözünü yazarkən bir neçə səhvə yola verə bilir.

Məşhurların dilimizi korlamasını göstərən bu faktlar sadəcə onların bir neçə paylaşımı əsasında hazırlanıb. Bütün paylaşımlarına nəzər salıb, bir-bir incələnmə aparılsa çox daha pis bir mənzərə yarana bilərdi. Belə görünür ki, minlərlə insanın izlədiyi, hər paylaşımına diqqət etdiyi məşhurlar Azərbaycan dili kitabını çoxdan bağlayıblar. Yenidən Azərbaycan dili öyrənmək isə onlar üçün yəqin ki, çətin olacaq.
Azərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLARAzərbaycanın savadsız məşhurları – Əlifbadan xəbərsiz ulduzlar – FOTOLAR

Xəbərlər     Baxılıb: 2938   Tarix: 12 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qadin dunyasi gözəllik məhsulları geyim seçimi praktik məsləhətlər vaginal quruluq makiyaj sirləri maskalar kosmetika naz mila qardasa aid haxistalar cinsi elaqe novruza aid hakisdalar tərəzi