Azərbaycanlı aktrisa: "Atam anama xəyanət etdi, mənim də şəxsi həyatım uğursuz oldu" - FOTO

Azərbaycanlı aktrisa: "Atam anama xəyanət etdi, mənim də şəxsi həyatım uğursuz oldu" - FOTOƏməkdar artist Naibə Allahverdiyevanın müsahibəsi.

- Naibə xanım, son illərdə sizi serial və filmlərdən daha çox, şikayət edib, qalmaqallı müsahibə verərkən görürük. Əslində, aktrisanın işi rollara çəkilməkdir. Olmaya bu boşluqdan da xeyrinizə istifadə edirsiniz?

- Deməzdim ki, bu bir şikayətdir. Mən aktrisayam, işim rollar oynamaqdır. Şikayətlənmirəm, sadəcə olaraq mən o sözləri deməyə vadar oluram. Küçəyə çıxanda da, mağazaya gedəndə də insanlar həmişə mənə sual verirlər ki, sizi niyə çəkilən ekran işlərində görmürük? Artıq bu tip suallara nə cavab verəcəyimi bilmirəm. Mən hər halda dünən sənətə ayaq basmamışam. 25 ildən çoxdur ki, sənət təcrübəm var. Hər janrda oynaya biləcək bir aktrisayam. Mən bundan sonra da neçə il efirə çıxmasam, rol oynamasam, məni sevən və dəyər verən tamaşaçılarım var. Onlar heç vaxt məni unutmurlar. Bizim sənətimiz asılı bir sənətdir. Əslində, normalda belə olmamalıdır. Rejissor aktyor-aktrisadan asılı olmalıdır, onun arxasınca düşməlidir ki, həmin aktrisanı öz filminə çəkib uğur qazansın. Ağıllı rejissor bunu edir. Yeni-yeni serial çəkməyə başlayanda küçədən kimi gəldi tutub çəkirdilər. Amma indi artıq bölgələrdən də sənətçiləri seriallara cəlb edirlər. Bu, bizim işimizdir, hər kəs öz işi ilə məşğul olmalıdır. Özünə, sənətinə hörmət edən rejissor, təbii ki, professionallardan istifadə edəcək.

- Son çəkildiyiniz "Qardaşlar" serialından müəmmalı şəkildə ayrıldınız. Buna səbəb nə idi?

- Mən hələ də bu ayrılığın səbəbini bilmirəm. Bu, insana, həqiqətən, pis təsir edir ki, sənin heç bir günahın olmadan səni serialdan uzaqlaşdırırlar. Mən çox gözəl bir komanda ilə işləyirdim. Layihənin rəhbəri Elməddin Cəfərov, rejissorumuz isə Ramin Hacıyev idi. Mən 100-lərlə bu cür rol oynamışdım, söhbət roldan getmir. Axı nə idi mənim günahım? Axı mən kimə nə etmişdim? Sonradan mənə aydın oldu ki, burada kiminsə "barmağı" var idi. Canları sağ olsun. Həyat bumeranqdır, kim nə pislik edirsə, qarşısına çıxır.

- Elməddindən serialdan müəmmalı gedişinizin səbəbini soruşmadınız?

- Siz bu sualı Elməddinə versəniz, daha doğru cavab alarsınız.

- Bəlkə günah sizdə olub?

- Mənim günahım nə ola bilər ki? Mən öz rolumun öhdəsindən ustalıqla gəlmişəm. Rejissor mənə nə tapşırığı veribsə, onu da etmişəm.

- Bildiyimə görə, sizin serialda oynadığınız obraz milli mentalitetə zidd idi. Bəlkə elə serialdan getməyinizin səbəbi bu idi?

- "Qardaşlar" serialının ssenarisini mən yazmamışam ki. Hər-halda ssenari yazılanda bunu təsdiq edən insanlar olub. Orda milli mentalitetə yad olan hansı səhnə var idi ki? Bu komediya janrında çəkilən bir serialdır. Komediyada isə cəmiyyətdə çatışmayan mənfilikləri göstəririk. Burada erotik bir səhnə yox idi ki.

- Gəlin etiraf edək ki, siz həmin o aktrisalardansınız ki, sırf bu tip rolları ustalıqla oynayırsınız.

- Çox sağ olun. Mənim üçün rolun hansı ampluada olmasının heç bir fərqi yoxdur. Bu gün komediya oynayıramsa, sabah faciə oynaya bilərəm. Mənim teatrda rollarım fərqlidir. Sırf film və seriallarda dediyiniz tipdə rollar oynasam da, teatrda daha çox ana rolları oynayıram.

- Amma sizə daha çox komik rollar yaraşır.

- Bəlkə də əvvələr hə, amma indi dramatik rolları daha yaxşı oynayıram.

- Olmaya içinizdə də bir dramatiklik var?

- Mənim teatrda rollarıma gəlib baxan insanlar deyir ki, siz dramatik rolları daha yaxşı oynayırsınız. Hər kəsin bir zövqü, seçimi var. Ola bilər, siz mənim ifamda komediyanı daha çox bəyənirsiniz. İçimdə dramatiklik, yəqin ki, həyatda rastlaşdığım haqsızlıqlardandır. Biz axı dəmirdən deyilik, biz insanıq. İnsan bəzən bezir. Dünən sevdiyi bir şeyə bu gün nifrət edir. Dünya divanələşib, insanlar tamam başqalaşıb.

- Naibə xanım, deyirlər insanın bəxti əvvəl gündən gətirməlidir. Sizdə nədənsə həyatınızda hər şey yarımçıq qalıb. Bir üzünüz gülsə də, biz üzünüz ağlayıb.

- Mənim üçün bu dünyada yaşamaq həddindən artıq çətindir. Mən, ümumiyyətlə, həyatı sevən biriyəm, həyatdan zövq almağı bacarıram. Adi bir yarpağın tərpənişindən də zövq alıram. Amma o qədər ətrafımda olaylar dolaşır ki, bu, mənə pis təsir edir. Mənə elə gəlir ki, insan dünyaya gələndə artıq onun taleyi, bəxti yazılır. Mən dünyaya gələndə atamla anam ayrılıb, məni bibim böyüdüb. Uşaqlıq, gənclik illərimi doyunca yaşaya bilməmişəm. Bunların hamısı zərif bir qadın üçün çətin deyil ki? Sənət aləmində də haqsızlıqlarla qarşılşamışam. Bu haqsızlıqlar hələ də davam edir. Mənə hərdən deyirlər ki, sən çox güclü qadınsan. Amma mən bütün bunlara baxmayaraq insanları sevirəm. Biri mənə bir xoş söz deyəndə, onun əvəzini qaytarmaq istəyirəm.

- Atanızla ananızın ayrılığına səbəb nə idi?

- Anam çox gözəl qadın olub. Atamı çox sevib.

- Belə başa düşdüm ki, atanız qısqanc olub.

- Xeyr, anam. Anam həmişə deyirdi ki, atan mənə xəyanət edib. Mən də həmişə anamı qınayırdım ki, niyə ayrıldınız? Məgər xəyanət etməyən kişi var? Sonralar başa düşdüm ki, xəyanəti həzm etmək olmur.

- Atanız, həqiqətən, ananıza xəyanət etmişdi?

- Bəli, etmişdi. Bir çox kişilər kimi...

- Hər şeyə rəğmən siz atanızın yanında oldunuz, yoxsa ananızın?

- Mən uşaq idim, heç nə yadımda qalmayıb. Özümü tanıyandan bibimi ana bilmişəm, məndən anamın kim olmasını gizlədirdilər. Anam deyirdi ki, xəstə olduğuma görə səni atana verdim. Bacımı çox sevirdim, amma bilmirdim ki, bacımdır. Elə bilirdim ki, dayımın qızıdır. Amma içimdə ona qarşı başqa bir sevgi var idi, qan çəkirdi. Bacımı hətta məktəbdə bir qız var idi, ona oxşadırdım. Hər gün bibimin mənə verdiyi məktəb pulundan ona bulka alırdım ki, mənimlə oynasın. O da hər tənəffüs gəlirdi ki, acmışam.

- Ailə həyatı qurarkən atanızla-ananız müvəqqəti də olsa bir araya gəldilər?

- Xeyr, atam anamdan sonra ailə həyatı qurdu, 3 övladı oldu. Anam isə 20 il atamı gözlədi, daha sonra ailə həyatı qurdu. Artıq hər şey çox gec idi.

- Seçdiyiniz insan sizi xoşbəxt edə bildi?

- Xoşbəxtlik əbədi olmur, çünki insan həyatı eniş-yoxuşlarla doludur.

- Ananızın yaşadığı taleyi, sanki, illər sonra siz də yaşadınız.

- Bəlkə də. Mən çox həssas insanam, bir anın içində həm xoşbəxt, həm də bədbəxt ola bilərəm.

- Bayaq xəyanətdən söz düşəndə bildirdiniz ki, bütün kişilər xəyanət edir. Olmaya birinci ailəniz xəyanət üstündə dağılıb?

- Onun barəsində nəinki danışmaq, düşünmək belə istəmirəm. Mən çox ailəcanlı, etibarlı insanam. Amma neyləmək olar ki, bu, bir talehdir.

- Adətən deyirlər qadınla-kişi arasında olan günahlar yarı-yarıya bölünür..

- Bu söz mənə aid deyil. Ailə xanımı başqa necə olmalıdır? Gözəl, bacarıqlı, vəfalı xanımların çox zaman qismətləri belə olub. Məsəl var: "Meşədə armudun yaxşısını ayı yeyər".

- Kişilərə inanmayan bir insan ikinci dəfə necə ailə həyatı qurdu?

- Dünyada ən dəhşətli hiss inamın itməsidir. Bu da sənin həyatda xoşbəxtlik hormonlarını azaldır. Tənhalıq insan üçün faciədir. Allah insana sevgi hissini bağışlayıb ki, insanların bu dünyada yaşamağa, yaratmağa marağı olsun. Təklik yalnız Allaha məxsusdur.

- İkinci həyat yoldaşınızı sevmişdiniz?

- Bəli, sevməsəydim, evlənməzdim!

- Amma müsahibənizdə bildirmişdiniz ki, həyat yoldaşınız bəxtsiz insandır.

- Bəxtsiz olsaydı, mənim kimi qadına rast gəlməzdi. İşi ilə əlaqədar bəxtsiz olduğunu demişdim. Mən sevib evlənmişəm, nəyinsə xatirinə yox!

- Ailə həyatı qurarkən şayiə yayıldı ki, o, sizlə biznes qurmağ üçün evlənib.

- Hansı biznes? Mən bəyəm varlı qadınam? Xeyr, bunlar söz-söhbətdir, mən aktrisayam və o bilirdi ki, durumum necədir.

- Tanışlığınız necə oldu?

- Mən onun işlədiyi yerə bir tədbirə getmişdim və orada rastlaşdıq.

- Hansı xüsusiyyəti onu sizə sevdirdi?

- Onun qadın düşkünü olmaması.

- Gələcəkdə övlad fikirləşirsiniz?

- Xeyr, həyatımı yaşamaq istəyirəm, yorulmuşam. Hal-hazırda ən böyük arzum sağlamlıq və hüzurdur.

- Bəs sənət, teatr?

- Sənətdən, məni sevən tamaşaçılarıdan doymaq olarmı? Məni yaşadan onlardır. Onlar mənim üçün, mən də onlar üçün darıxıram. Son sözüm odur ki, həyat çox qısadır, insanlar bir-birlərinin xətrinə dəyməsinlər./milli.az

Xəbərlər     Baxılıb: 1680   Tarix: 30 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB

Hər il gənclərin xəstəliklərə yoluxma sayı daha da artır. . 14-29 yaşlı gənclər arasında yayılan xəstəliklərə nəzər saldıqda, onların ən çox tənəffüs orqanları ilə bağlı xəstəliklərdən əziyyət çəkdikləri ortaya çıxır. -ı

.

İmtahandan əvvəl bu meyvəni yeyin - Zehniniz açılacaq

Zehni performansınızı artırmaq istəyirsinizsə, qəlyanaltınıza bu qidanı əlavə etməyiniz tövsiyə olunur. xəbər verir ki, "Food & Function" jurnalında yayımlanan yeni araşdırmaya görə, hər gün 50 qram qoz yemə

.

Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı

Sarımsaq balı, ənənəvi Çin təbabətində yüksək dəyərləndirilir və artıq 2500 ildən çoxdur ki, tətbiq olunan kompleks müalicə sisteminə daxildir. Ancient Digin səhifəsində allergiya tutmaları zamanı sarımsaq balının faydalar

.

Bunu bilən qadınlar kosmetoloqa getməyəcək - Bunu evdə edin

Boyun dərisinin gözəlliyini, təzəliyini və gəncliyini bahalı məhsullar və ya salon prosedurları olmadan saxlamaq mümkündür. Bunun üçün sadə bir məşq etmək kifayətdir. xəbər verir ki, bu məşqi ukraynalı kosmetoloq Olha Pozdnyakov

.

Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?

Dünyada 100 və daha artıq il yaşayan insanların sayı ildən-ilə artır. BMT-nin son məlumatlarına görə, hazırda dünyada 100 yaşı keçmiş 600 mindən çox insan var.  xəbər verir ki, onların əksəriyyəti Yaponiyada, ABŞ-da, İtaliyad

.

Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI

Hazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmi

.

Qaşıq-qaşıq içirik amma böyrəkləri məhv edir - Tərkibindəki gizli təhlükə

Gündəlik həyatda praktiki və sürətli yemək həlləri axtaran bir çox insan hazır şorbaları mətbəxlərinin xilaskarı olaraq qəbul edir. Lakin bu rahat və dadlı yeməklərin tərkibindəki gizli təhlükələr, sağlamlığımıza ciddi zərə

.

Səhərlər bunu içən gec qocalır - Ömrü uzadır

Hollandiya alimlərinin apardığı yeni araşdırmaya görə səhərlər müntəzəm olaraq qəhvə içmək yaşlanma prosesini ləngidə, depressiya riskini isə 20 faiz azalda bilər. "European Journal of Nutrition" jurnalında dər

.

3 uşaq atası su içməkdən öldü - FOTO

3 uşaq atası çoxlu su içdiyinə görə vəfat edib. xarici mətbuata istinadla xəbər verir ki, hadisə İrlandiyanın Dublin şəhərində baş verib. İrlandiyanın Dublin şəhərində üç uşaq atası Şon ODonnell çoxlu su içdikdən sonra vəfa

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gözəllik məhsulları hamiləlik toy makiyajlari sözlü şəkillər tursu qovurma klyos donlar 2025 elm haqqında atalar sözleri uzeyir novruz hakistalari sekis hakista hekaye janri