Azərbaycanlı aktrisadan ŞOK ETİRAF: "Evli kişi ilə eşq yaşamaq olar..."

Azərbaycanlı aktrisadan ŞOK ETİRAF: "Evli kişi ilə eşq yaşamaq olar...""Bir aləm var" serialında Səfurə obrazı ilə tanınan Gülşən Hüseynli bu günlərdə "The game" filmində çəkildiyi obrazla yadda qalıb.

Cazibədarlığı ilə seçilən aktrisa elə rejissorların marağını da ilk olaraq zahiri görünüşünə görə cəlb edib.

Yeniçağ.az-a danışan aktrisa şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

– Gülşən, özünü bahalı aktrisa sayırsan?

– Hər halda Hollivud aktrisaları kimi lüks həyat yaşamıram.

– Sənin üçün önəmli olan qonorardır, yoxsa ssenari?

– Mənə təklif olunan filmdə, ya da serialda ilk növbədə ssenarini oxuyuram. Xoşuma gəlirsə, razılıq verirəm, sonra da qonorar tələb edirəm. Amma şərtlərim də olur.

– Yəni?

– Məsələn, açıq-saçıq səhnələrə çəkilmirəm.

– Niyə xarici filmlərdə aktrisalar yataq səhnələrinə çəkilir, amma bizimkilər buna razılıq vermir?

– Orda baxış fərqlidir. Bizdə yataq səhnəsinə çəkilmək olar? O saat adamı təhqirlərə məruz qoyarlar. Mentalitetimiz hələ belə şeyləri qəbul etmir. Mən də Hollivudda yaşasaydım, yaxud da Türkiyə vətəndaşı olsaydım, orda dəvət aldığım filmlərdə yataq səhnəsinə də çəkilərdim. Lazım gəlsə, soyunaram da. Amma bizdə soyunmağa pis baxırlar. Xaricdə buna görə yaxşı qonorar ödəyirlər, həm də insanların qınaq obyektinə çevrilmirsən.

– Əgər dəvət alsan, xarici ölkələrdə bu cür rollara çəkilməyə razılıq verərsən?

– Əlbəttə. Türk seriallarına dəvətlər alıram. Sadəcə olaraq, şərtləri var, müqavilələr yorucu olduğundan razılıq vermirəm. Hazırda İrandan təklif almışam, amma həmin filmə çadralı çəkiləcəm. Çünki İran filmlərinin hamısında qadınlar çadralı olur. Çəkilişlərə başlamazdan qabaq fars dilini öyrənməliyəm.

– Cazibədarlığın sənə kömək edir, yoxsa, əksinə problem yaradır?

– Nə gizlədim, gözəlliyim ətrafımdakı xanımların qısqanclığına səbəb olur. Bilirəm ki, buna görə mənə paxıllıq edirlər.

– Bəs kişilərin reaksiyası necə olur?

– Kişilərin diqqət mərkəzində oluram, təbii ki, bu da xanımların xoşuna gəlmir.

– Kişilər adətən, sənə necə kompliment edirlər?

– Deyirlər, çox gözəlsən, boyun necə də hündürdür…

– Heç əks cinsdən səni qıcıqlandıran təriflər olur?

– Sənət adamlarına başqa cür baxa bilərlər. Amma məni tanıyanlar bilir ki, belə təkliflərə reaksiyam çox pis ola bilər. Əlbəttə hər bir kişi hansısa qadına pulun müqabilində nəsə təklif etsə, bunun üçün qabaqcadan həmin qadınla maraqlanar. Baxar görər o deyəndirsə, təklifini edər, o deyən deyilsə, geri çəkilər. Yaxşı ki başıma belə şey gəlmir.

– Ümumiyyətlə, səni qəzəbləndirən insanlara ən sərt reaksiyan nə ola bilər?

– Əgər kimsə telefonda xoşuma gəlməyən nəsə deyirsə, qulağına "otboy" verirəm, həmin adam yanımdadırsa, anında cavabını alır. Xasiyyətcə bir az da dəli-dolu olduğum üçün həmin adama əl də qaldıra bilərəm. Təbii ki, məni kimsə təhqir eləsə, fiziki təzyiqlə qarşılaşa bilər, xəbərləri olsun.

– Subay xanımsan. Ailə quracağın kişinin pulu olması sənin üçün önəmlidir?

– Kişinin pulu gələcəyim üçün sığortam deməkdir. Uşağımın və özümün yaxşı yaşamağım anlamına gəlir. Onu da deyim ki, heç vaxt avara oğlana ərə getmərəm. Amma kişiyə puluna görə də ərə getmərəm. Ən azı ürəyimə yatmalıdır. Sevmədiyim kişi ilə puluna görə münasibət qursam ətim ürpəşər. Amma elə kişi də ola bilər ki, sonradan onu sevə bilərəm. Hər şey qarşı tərəfin özünü necə aparmasından və sevdirməsindən asılıdır.

– Evli kişi ilə sevgi yaşamağa necə baxırsan?

– Sevgi azaddır. Qadın evli kişiylə də eşq yaşaya bilər. Evli kişinin sevgilisi olub, onunla uzun müddət yaxınlıq etmək mümkün deyil. Bu münasibət davamlı olmur.

Xəbərlər     Baxılıb: 2027   Tarix: 05 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

adlarin menasi gelinlikler sade makiyaj sekilleri infarkt elametleri uşaq geyimləri balıqlar bürcü seksual pozalar kosmetika həsən bəy zərdabi nağıllar bayatılar kahfe falı oglan evi