Azərbaycanlı ilk qadın pilotun ölümünün ÜRƏK DAĞLAYAN TƏFƏRRÜATI - VİDEO

Azərbaycanlı ilk qadın pilotun ölümünün ÜRƏK DAĞLAYAN TƏFƏRRÜATI - VİDEOARB TV-nin "Yolun sonu" verilişində bu dəfə Azərbaycanın ilk qadın hərbi pilotu olan Dilarə Babayevanın həyat hekayəsindən bəhs edilib.

Belə ki, mərhumun valideynləri ilə yanaşı iş yoldaşları da onun barəsində olduqca qürurla danışıblar.

Aydın Babayev (atası): "Onu oğlan kimi böyütmüşəm. Bacarıqlı uşaq idi. Öz üzərində çalışırdı. Hərbiyə gedəndən sonra 15 il orada oldu. İki il cəmi onu gördüm. Öz istəyi ilə hərbini seçdi. Oxudu, çətinliklərə dözdü. 1 il iş xəbərin gözlədi, sonda cavab gəldi. Sevincindən tullandı üstümə, öpdü məni. 1 ildən sonra nəhayət ki, uçdu. İlk dəfə uçanda çox sevindi, mən də xeyir-duamı verdim. Amma çox qorxurdum. Heç vaxt onu tərifləmirdim. Mən onu sevirdim. Hər sözü mənə demirdi. Mən işdəydim, zəng elədi anasına verdim danışdı. Anası getdi yanına. Çıxdım gördüm sistem altında uzanıb. Əməliyyat olunmuşdu. Hər şey yaxşı idi. Səhəri gün xəbər elədilər ki, qızın keçinib".

Səmayə Babayeva (anası): "Hamı ona oğlansan deyirdi. Məktəbə gedəndə idmana da gedirdi. Karatedə qara kəmərə qədər qazandı. Çox əziyyət çəkmişəm onun üçün. Uşaqlarımı yerdə yatızdırırdım. Atası işdən gələndə mən gedirdim. 19 yaşlarına kimi onları elə saxlamışam. Qızım mənə deyirdi ki, mən işləyəndə maaşımızı yarı bölərik. Onu çox az görürdük. Çox gözləmişəm qızımı. O, mənim hər şeyim idi. Onun arzusu ancaq oxumaq idi. Evləndirmək qərarına gəldik. Birini sevdi. Evləndi. Təlaşla məni yanına çağırdı. Soruşdum ki, nə yemisən? Dedi ki, qarpız yemişəm. Səhhətində problem yarandı. Xəstəxanaya apardıq. Həkim dedi ki, bunun xəstəliyi başqa şeydir, mədə yumaqla keçməz. Təzyiqi qalxmışdı. Əməliyyat olundu. Dedi ki, mədəm partlayır. Qızımın ölüm xəbərin eşidəndə bilmədim mənə nə oldu. Qəbullana bilmirdim. Mən onsuz yaşaya bilmirəm".

Cavid Novruzov (iş yoldaşı): "Xidmətə başladığı dövrlərdən hər kəs onu sevmişdi. Bizimlə daha yaxın münasibət yaratdı. O, öz bilik və bacarıqlarını bizdən əsirgəmirdi. Onunla uçanda ekipaj üzvləri çox rahat olurdu. Onun acı xəbəri gözlənilməz oldu".

Fatma Qürbətova (iş yoldaşı): "O, çox deyib-gülən biri idi. Səmimiliyinə söz ola bilməz. Çox gözəl insan olub. Hərbidə isə çox ciddi olub. Ana olacağı üçün çox sevinirdi".

Xəbərlər     Baxılıb: 2140   Tarix: 01 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

turlar.az

yemek reseptleri geyim dəbləri sac duzumleri aloy gulunun faydasi saçlara qulluq alt geyimləri vetene aid bayatılar kosmetika penis anabaci seksual ariqla efsaneler