Azərbaycanlı məşhur qəzaya görə yol polisini ittiham etdi: "Bunu onlardan başqa hamı görürdü" - VİDEO
Tanınmış DJ, "Avtostop" verilişinin aparıcısı Tural Yusifov,Bakı - Sumqayıt yolunda baş verən qəzayla bağlı yol polisini ittiham edib.
Azxeber.com xəbər verir ki, aparıcı bu haqda dəfələrlə efirdə danışdığını, lakin aidiyyatı qurumların bundan nəticə çıxarmadığını deyib:
"5 gəncimiz həyatını itirib. Bunun günahkarı kimdir? İlk olaraq sürücü və buna göz yuman Sumqayıt Dövlət Yol Polisi İdarəsi, sərnişin daşımaya nəzarət edən dövlət qurumlarıdır. Biz efirdən bu barədə danışdıq. Videoları yaydıq. Amma daşdan səs çıxdı onlardan səs çıxmadı. Bununla bağlı bizim dinləyicimiz Elməddin müraciət etmişdi. Necə ola bilər ki, bunu hamı görürdü amma DYP görmürdü. Axı bu necə baş verə bilər? Niyə heç kim öz üzərinə düşən vazifəni həvəslə və məsuliyyətlə icra etmək istəmir? Niyə axı gərək faciə olsun, kimisə işdən azad etsinlər, danlansınlar və daha sonra iş görülməyə başlasın.
Axı biz AvtoStop olaraq bundan danışırdıq. Hətta nömrələrini belə demişdik : 50 DE 916, 50 BN 091
İndi sizinlə həmin videonu yenidən bölüşürəm. Bir mikroavtobusda 35 (!) nəfər daşınır. Bu gün isə faciə baş verdi. Allah rəhmət etsin.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Aynişan bu dəfə geyimlərini satışa çıxardı
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu