Azərbaycanlı müğənni qızından İMTİNA ETDİ? – Artıq mənlik deyil - FOTO
Bundan sonra heç nə etməyəcəm.
Milli.Az xəbər verir ki, bunu Mənzurə Musayeva "5/5" verilişində qızının toyundan küsülü gedən müğənnilərdən danışarkən deyib.
Müğənninin aparıcı Zaur Kamalla dialoqunu olduğu kimi təqdim edirik:
Toyda müğənnilərdən bəzisi küsdü, getdi. Hamı istəyirdi bəy-gəlinə yaxın otursun. Amma mən konsert kimi bir şey planlaşdırmışdım ki, toy kimi alınmasın.
- İnşallah o biri uşağın toyunda edərsən.
Kimin uşağının?
- Öz uşağının da, ikinci uşağının.
Yoxdu axı! Biri var ki, o biri də ola?!
- Bəs toy elədin.
- Qardaşımın balasıdır. Hamı bilir. Mən götürüb saxlamışam onu. 9 ayından bu günə qədər onu saxlamışam. Salamatçılıqla yola saldım, getdi. Allah bütün balaları xoşbəxt etsin, mənim Çinoşum da içində. Amma demişəm ki, artıq bura qədər. Bundan sonra heç nə etməyəcəm, mənlik deyil. Daha neynəyim, hər şey etdim də. Nə etməliyəm artıq?!
Qeyd edək ki, müğənni Mənzurə Musayeva övladlığa götürdüyü qardaşı qızı Çinarəni dekabrın son günlərində gəlin köçürüb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin