Azərbaycanlı qız Aydan Türkiyədə öldürüldü - FOTO
Türkiyənin Qars rayonunda Azərbaycan əsilli Aydan Bayramovanı öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, hadisə bir ay öncə, ötən il noyabrın 2-də baş verib. A.Bayramova əyləncə mərkəzində tanışının ad günü şənliyində öldürülüb. Onun öldürülməsində şübhəli bilinən Serkan Ç. axtarışa verilib.
Yerli polis A.Bayramovanın ölümü ilə bağlı axtarışda olan Serkanın yeni il gecəsi şənliyi zamanı elə həmin əyləncə mərkəzində olduğu barədə məlumat alıb. O, gecə saatlarında sözügedən məkanda saxlanılıb. Serkanın üzərində törətdiyi cinayətlərdə istifadə etdiyi bir ədəd tapança və 2 qr. narkotik vasitə aşkarlanaraq götürülüb.
Əyləncə mərkəzindəki insanlardan bəzisi əməliyyat zamanı polisin Serkanı yaxalamasına mane olmağa çalışıb. Onların 15 nəfəri haqqında da təhqiqat başlayıb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin