Azərbaycanlı "stendap"çı xanım: Deyirlər səni əlləyiblər, hə, nə olsun?! - VİDEO

Azərbaycanlı "stendap"çı xanım: Deyirlər səni əlləyiblər, hə, nə olsun?! - VİDEOTanınmış Rusiyalı stendap komediyaçı Yuliya Əhmədova ilə müsahibə edib.

XANIM.AZ oxu.az-a istinadən xəbər verir ki, Y.Əhmədova "Stop, harrasment" stendap proqramı ilə Rusiyada ilk solo səfərini gerçəkləşdirməyə hazırlaşır. Silsilə konsertləri ərəfəsində Yuliya mətbuat konfransı keçirərək, jurnalistlərin o cümlədən, azərbaycanlı media nümayəndələrinin suallarını cavablandırıb.

Y.Əhmədova milliyəti ilə bağlı ona tez-tez ünvanlanan suallardan bezmədiyini dilə gətirib.

"Mən öz millətimlə fəxr edirəm. Atam azərbaycanlıdır, ata tərəfim hamısı azərbaycanlılardır. Anam isə ukraynalıdır. Ona görə emosional bir insanam. Atam hərbçi olduğu üçün uşaqlığımda tez-tez yaşayış yerini dəyişmişik, ona görə heç doğma şəhərim də yoxdur. Milli mənsubiyyət məndə daxildədir, zahirən isə bununla diqqət çəkməyə çalışmıram", - deyə Əhmədova bildirib.

O bu yaxınlarda Bakıda keçirilən "stendap"çıların konsertində iştirak edə bilməməsinin səbəbini açıqlayıb. Bildirib ki, buna səbəb konsertlərinə hazırlıq prosesi olub.

"Əlbəttə ki, çox istərdim Bakıda olum. Deyirlər çox gözəl şəhərdir. Orada qohumlarım olsa da, onlarla əlaqələr kəsilib. Ona görə ki, yaxınlarım oradan çoxdan köçüb. Bakıda yalnız nənəmin bacısı və belə uzaq qohumlarımız qalıb", - deyə Y.Əhmədova qeyd edib.

Solo konsertini elan edən yumorist xanım, kişilərin qadınlara "sataşma"sı probleminə öz münasibətini bildirib.

"Mənə görə, başlıca problem - bizim patriaxal cəmiyyətdə geniş kütlələrin bunu problem hesab etməməsidir. Xüsusilə kişilər bu problemi ciddiyə almır. Tez tez eşidirəm, deyirlər ki, "səni arxadan əlləyiblər". Hə, nə olsun?! Slutski (deputat Leonid Slutski - red.) də belə münasibət bəsləyir. Kişilər bizim bu zaman hansı hisslər keçirdiyimizi, buna necə yanaşdığımızı anlamır. Öz konsertlərimdə qadın mənliyimi göstərmək istərdim. Başa düşürəm ki, bu hər hansı inqilaba səbəb olmayacaq, bununla belə, hər halda məni kimlərsə eşidəcək və məsələnin başqa tərəfinin də olduğunu düşünəcək.

Görürəm ki, Amerika və Avropada belə qalmaqallarda adları hallanan şəxslər hər şeyini itirir. Bizim ölkədə isə bu heç də problem deyil. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, sənə sataşırlarsa, deməli özün bunda günahkarsan: açıq saçıq geyinmisən, ora-buranı burcutmusan və ya başqa hərəkətlər etmisən. Yəni bizdə kişilərin nüfuzuna heç bir halda xələl gəlmir. Sosial şəbəkələrdə mənə yazırlar: afərin! əsl kişidir! və s. Bu məsələdə kişilərin əlbir olduğunu düşünmürəm. Sadəcə hesab edirəm ki, cəmiyyət qadınları dinləmək üçün kifayət qədər yetkinləşib", - deyə Y.Əhmədova vurğulayıb.

Onun sözlərinə görə "stendap"da belə sərt mövzuların qaldırılmasından sonra pərəstişkarların müəyyən bir hissəsi ondan uzaqlaşıb.

Y. Əhmədova kişi və ya qadın yumoru arasında hər hansı fərq görmədiyini və ümumiyyətlə gender seqreqasiyasına qarşı çıxdığını diqqətə çatdırıb.

Şou Biznes     Baxılıb: 2595   Tarix: 02 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

turlar.az

toy makiyajlari geyim və ayaqqabılar yaz geyimleri 2026 qadin psixologiyasi qadin dunyasi net cizgi filmləri yay kolleksiyasi kosmetika sirniyatlar dostluq atalar sözləri novruz bayramı haxışta vətənə aid