Azəri qızı Günel "Sevdiyiniz insanı tapıb, onunla evlənin" - dedi
Azəri qızı kimi tanınan və Türkiyədə yaradıcılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı müğənni Günel Zeynalova sosial şəbəkədə valideynləri ilə fotosunu paylaşıb.
Günel atası Rəhman Zeynalov və Zöhrə xanımla şəklinə şərh də yazıb:
"Nə yaxşı ki, varsınız. Sizi sevirəm. Mən, bacım və qardaşım sevgidən dünyaya gəlmiş uşaqlarıq. Mübarizə apararaq bir-birinə qovuşan, çox sevən, dəyər verən cütlükləri gördük. Biz sizin eşqinizdə gözəllikləri gördük, yaşadıq. Həyatda sevdiyiniz insanı tapıb, onunla evlənin. Çox həssasam. Yaşım artdıqca bunu başa düşürəm, böyüyürəm. Sevdiklərimin dəyərini anlayıram".
f Paylaş