B12 vitamini ilə zəngin məhsullar beyinin sağlamlığını qoruyur

B12 vitamini ilə zəngin məhsullar beyinin sağlamlığını qoruyurB12 vitamini (kobalamin) çatışmazlığı insanı beyinin sağlamlığı ilə bağlı müxtəlif problemlərlə, məsələn, əqli yorğunluq, diqqətsizlik, yaddaşın itirilməsi ilə üzləşdirir. Beyinin sağlamlığını qorumaq üçün bu maddə ilə zəngin məhsullarla qidalanmaq lazımdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, B12 vitamini öz qrupunun mühüm nümayəndəsidir. O, orqanizmin bir çox funksiyalarına, o cümlədən maddələr mübadiləsinə, qan dövranına, DNT sintezinə təsir göstərir. Bu vitamin beyinin inkişafında da həlledici rol oynayır. Yüksək səviyyədə B12 vitamini beyinin funksiyalarını yaxşılaşdırır, yaddaşı gücləndirir. Yetərincə B12 vitamini qəbul etmək koqnitiv pozuntular riskini, məsələn, Altsheymer xəstəliyi riskini azaldır.
Lakin orqanizm B12 vitaminini müstəqil hasil edə bilmir. Odur ki, rasionda B12 vitamini ilə zəngin məhsullar olmalıdır. "Food.News" yazır ki, aşağıdakı məhsullarla qidalanmaq beyinin sağlamlığını qoruyur.
B12 vitamini ilə zəngin məhsulların siyahısına bu məhsullar daxildir:
subməhsullar(xüsusən qaraciyər, böyrək);
yüksəkkeyfiyyətli zülalla və beyinin struktur dəstəyini təmin edən omeqa-3 yağ turşusu tipi - DHA turşusu ilə zəngin sardina balığı;
yavan mal əti (gündə 150 qram yetərlidir);
kəpəkli dənli bitkilər - buğda, yulaf, darı;
beyinin sağlamlığı üçün dəyərli bəsləyici maddələr - zülal, fosfor və selenlə zəngin tuna balığı;
tərkibi selen mikroelementi ilə zəngin qida mayası;
təbii yoqurt, kəsmik və süd;
beyinin yaddaşla bağlı funksiyalarını yaxşılaşdıran D vitamini ilə zəngin yumurta.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1553   Tarix: 09 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti