Babasilin, qəbizliyin, xərçəngin qarşısını alan ucuz təbii vasitə

Babasilin, qəbizliyin, xərçəngin qarşısını alan ucuz təbii vasitəMüasir insanlar qidanın dadına və xarici görünüşünə xüsusi diqqət yetirir. Lakin bir çox dadlı yeməklər insan orqanizmi üçün heç də faydalı deyil.
Əksinə isə "tullantı" kimi qəbul etdiyimiz bəzi məhsullar orqanizm üçün əsl dərmandır.
Yarmalardan (buğa, arpa və s.) un hazırlandıqda yarmalar xüsusi emaldan keçir və bütün "lazım olmayan" qişalardan, rüşeymlərdən və s.-dən təmizlənir. Nəticədə biz sevdiyimiz ağappaq un əldə edirik. Lakin, təəssüf ki, bu un və ondan hazırlanmış dadlı yumşaq çörək və s. məmulatlar artıq kalorilərdən əlavə, bizə, demək olar, heç nə vermir. Yarmaların bütün faydalı maddələri məhz "lazım olmayan" buğda və s. yarmaların kəpəyində qalır.
Kəpək çox faydalı müalicəvi məhsuldur. Qidalı liflərlə zəngin olan kəpək bağırsaqlarımız üçün əsl dərmandır. Bağırsaqlara düşdükdə kəpək burada yığılmış toksinləri, şlakları və s. ziyanlı maddələri özünə "qubka" kimi hopdurur və çölə çıxardır. Bunun nəticəsində bağırsaqlar yaxşı təmizlənir.
Kəpək bağırsaqların mikroflorasını yaxşılaşdırmaq və bərpa etmək xüsusiyyətinə malikdir. Disbakteriozdan əziyyət çəkənlar istənilən duru qidalara (sup, sıyıq) və tərəvəz salatlarına 1-2 çay qaşığı kəpək əlavə edə bilərlər. Bu disbakteriozun müalicəsində çox yaxşı kömək edəcək.
Ümumiyyətlə sağlam insanlar da buğda kəpəyinin müalicəvi və profilaktik xüsusyyətlərindən istifadə edə bilərlər.
Kəpək qəbizliklə mübarizədə ən yaxşı təbii vasitələrdən biri sayılır. Kəpək bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkən insanlar üçün təbii müalicəvi vasitənin resepti - 1 stəkan qatığa 1 xörək qaşığı kəpək əlavə edin, qarışdırın və qəbul edin.
Bir çox hallarda qəbizlikdən əziyyət çəkən insanlarda babasil inkişaf edir. Bu səbəbdən bağırsaqların vəziyyətini yaxşılaşdıran kəpək həmçinin babasilin profilaktikasında da kömək edir.
Xroniki qəbizlikdən əziyyət çəkən insanlarda düz bağırsağın xərçəng xəstəliyinin riski artmış olur. Düz bağırsaqda yığılan və tərkibində toksinlər və s. ziyanlı maddələr olan nəcis kütlələri vaxtında orqanizmdən çölə çıxmadıqda bağırsağın selikli qişasından geri sovrulur. Bu isə düz bağırsaq xərçənginin riskini artırır.
Kəpək ürək-damar sistemi üçün də çox faydalıdır - orqanizmdə pis xolesterinin səviyyəsini aşağı salır.
Buğda kəpəyinin daim qəbulu dərinin, saçların, dırnaqların vəziyyətini yaxşılaşdırır, sinir və immun sisteminə müsbət təsir edir.
Gün ərzində 2-3 xörək qaşığı buğda kəpəyini qəbul etmək olar.
Buğda kəpəyinı iri supermarketlərdə tapmaq olar.
Nəzərə almaq lazımdır ki, buğda kəpəyi bəzi mədə-bağırsaq sistemi xəstəliklər zamanı ziyan vura bilər. Bu xəstəliklər arasında - mədə və 12 barmaq bağırsağı xorası, xoralı kolit və s.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2963   Tarix: 27 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

gozel gorunmek geyim şəkilləri qis geyimləri 2026 illik bürclər seksi geyim kartof maskasi uz ucun vətən haqqında bayatı kosmetika həsən bəy zərdabi oğlan evine aid hakisda ginekoloq hakıştalar vidyolar