Bakı metrosunda BİR İLK

Bakı metrosunda BİR İLK"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı ciddi addımlar atıb. 2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib.
"Bakı Metropoliteni" QSC-dən Qadinsayti.az -a verilən məlumata görə, əldə olunan səmərə və keyfiyyət sahənin inkişafına zəmin yaradıb.
Məlumatda bildirilib ki, əsaslı təmir üçün ölkə daxilində müvafiq zavod şəraiti olmadığından, 2013-2015-ci illərdə "Bakı Metropoliteni" QSC-nin 5 qatarı Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib. Artıq ölkədə həyata keçirilən təmir işləri çərçivəsində 2015-ci ildən vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə başlanılıb. İşlərin üçüncü mərhələsindən vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib.
Ümumilikdə, ötən dövr ərzində 18 qatar qum şırnağı ilə korroziyadan təmizlənərək, rənglənib. Onlardan 17-sinin vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirilib. Təmirə dayandırılmış son 9 qatarın salonu isə müasir LED işıqlanma sistemi ilə əvəzlənib. Bu isə öz növbəsində elektrik enerjisinin sərfinə qənaətdir. Artıq 8 qatarda maşinist kabinasının ön hissəsi dəyişdirilib.
"Bakı Metropoliteni"ndən bildirilib ki, qatarların ölkə xaricində deyil, məhz yerli şəraitdə əsaslı təmirinin təşkili külli miqdarda vəsaitə qənaətdir.
"Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitlə yanaşı, təmirin yerli tələblərə uyğun aparılması, keyfiyyətinin artırılması və xərclərin azaldılması əsaslı səmərə verib. Bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.
Onu da qeyd edək ki, yerinə yetirilən işlər daha 16 qatarın 3 saylı cari təmiri zamanı qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənməsinə də şərait yaradıb. "Nərimanov" elektrik deposunda tikilməkdə olan vaqonların əsaslı təmiri sexi isə bu sahədə kəskin dönüş yaradacaq".

Xəbərlər     Baxılıb: 2055   Tarix: 30 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

turlar.az

gelinlikler sac duzumleri gözəllik məhsulları allergik xəstəliklər hicab 2026 uşaq yeməkləri hamileliyin ilk elameti kosmetika qizliq perdesi zencefil baldiza aid əqrəb bir arzum var