Bakıda 10 manata satılır: Xəstəlik mənbəyidir - açıqlama

Bakıda 10 manata satılır: Xəstəlik mənbəyidir - açıqlamaMarketlərdə 10-15 manata "Tefal" adı ilə satılan tavalar alıcıların diqqətini cəlb edir və geniş maraq doğurur. Qiymətin bu qədər ucuz olması isə məhsulun keyfiyyəti və sağlamlığa mümkün təsiri ilə bağlı suallar yaradır. Bildirilir ki, mətbəx qablarının materialı və örtüyü insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır və keyfiyyətsiz məhsullar risk yarada bilər. 
Milli.Az bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, marketlərdə 10-15 manata "Tefal" adı ilə satılan tavalar istehlakçılarda haqlı sual yaradır. 
"Çünki Tefal beynəlxalq və tanınmış markadır. Orijinal məhsulların istehsal xərcləri, keyfiyyətə nəzarət mərhələləri və sertifikasiya tələbləri nəzərə alındıqda bu qədər aşağı qiymət real görünmür. Bu səbəbdən belə məhsulların saxta və ya imitasiya olma ehtimalı yüksək qiymətləndirilir. Orijinal olmayan və nəzarətsiz istehsal olunan tavalar sağlamlıq baxımından risk daşıya bilər. Əgər yapışmayan örtük standartlara uyğun deyilsə, yüksək temperaturda parçalanaraq zərərli maddələr buraxa bilər. Sertifikatsız məhsullarda ağır metalların - məsələn, qurğuşun və kadmiumun - istifadəsi ehtimalı da istisna edilmir. Bundan əlavə, keyfiyyətsiz örtük tez cızılır və soyulur, nəticədə həm örtük hissəcikləri qidaya qarışa, həm də alt metal təbəqə reaksiya verə bilər. Qeyd olunmalıdır ki, müasir və orijinal yapışmayan örtüklər normal istifadə şəraitində təhlükəsiz hesab olunur; risk əsasən saxta və standartdan kənar istehsal zamanı yaranır".
Ekspert bildirib ki, zərərli maddələrin yeməyə keçmə ehtimalı xüsusilə tava 250-300°C-dən yüksək temperaturda uzun müddət qızdırıldıqda, səth cızıldıqda və ya örtük soyulduqda artır:
"Məhsulun mənşəyi və sertifikatı məlum deyilsə, risk daha yüksək olur. Ucuz və mənşəyi bilinməyən tavalarla bağlı əsas problem də məhz xammal və texnologiya barədə şəffaflığın olmamasıdır. İstehlakçılar məhsul alarkən rəsmi satış nöqtələrinə üstünlük verməli, qablaşdırma üzərində barkod, istehsalçı ünvanı və texniki məlumatların olub-olmadığını yoxlamalıdır. Tanınmış brend üçün həddindən artıq ucuz qiymət şübhə doğurmalıdır. Tavanın çəkisi və material keyfiyyəti də önəmlidir. Həddindən artıq yüngül və nazik metal tez deformasiya ola bilər. İstifadə zamanı metal qaşıqlardan uzaq durmaq, boş halda yüksək temperaturda qızdırmamaq və səth zədələndikdə məhsulu dəyişmək tövsiyə edilir".
Onun sözlərinə görə, 10-15 manata "brend" adı ilə satılan tavalar böyük ehtimalla orijinal deyil və uzunmüddətli istifadədə sağlamlıq riski yarada bilər. 
"Mətbəx qabları gündəlik istifadə olunan vasitələrdir, buna görə seçim zamanı qiymətdən çox təhlükəsizlik və sertifikasiya əsas meyar olmalıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1434   Tarix: 01 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

qis geyimləri 2026 maskalar qadin sayti kaktusa qulluq kakos yagi yaşıl çay findiq qabiginin faydalari kosmetika layla xerçeng novruz hakisdalari veten haqqinda bayatilar qadin saglamlig