Bakıda 17 yaşlı qızı zorladılar - anası bu səbəbdən qızını zorlayanı bağışladı - ŞOK

Bakıda 17 yaşlı qızı zorladılar - anası bu səbəbdən qızını zorlayanı bağışladı - ŞOK29 yaşlı şəxs psixi xəstəliyi olan 17 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Qızın ailə üzvləri bundan xəbər tutduqdan sonra polisə müraciət edib. Hadisənin ilginc tərəfi isə odur ki, 29 yaşlı şəxs həbsdən qurtulmaq üçün qızla evlənmək istədiyini deyib. Amma bu evlilik baş tutmasa da zərərçəkmiş qızın anası bu əməli tutan şəxsi bağışlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş 1988-ci il təvəllüdlü Tapdıqov Hikmət Əli oğlu aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.

Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyi ilə baxılıb.

Əvvəlcə hadisə haqda...

Hikmət Tapdıqov ona görə məhkum edilib ki, o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Abşeron rayonu Müşviq qəsəbəsində yaşayış olmayan evin həyətində 2000-ci il təvəllüdlü Aysu Qasımovanın (ad və soy ad şərtidir) köməksiz vəziyyətindən istifadə edib.

Əqli inkişafında psixi xəstəliyi olan A.Qasımova hadisə şəraitinə görə ona qarşı edilən intim hərəkətlərin mahiyyətini tam olaraq dərk etmək qabiliyyətinə malik olmayıb. Bundan istifadə edən H.Tapdıqov 17 yaşlı qıza qarşı zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. İttihama görə, H.Tapdıqov bu əməlini törədərkən 17 yaşlı qıza yalandan vədlər verərək onunla evlənmək niyyətində olduğunu deyib.

Zorladığı qızla evlənmək istəyib...

Məhkəmədə müdafiəçi Elmira İsmayılova apellyasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki hökmün dəyişdirilməklə ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini istəyib. Vəkil müdafiə etdiyi şəxs barəsində şərti cəza tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Vəkil qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayətin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə almayıb.

Müdafiəçi həmçinin onu da bildirib ki, müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxslə ailə qurmaq arzusunda olmasını da birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməyib.

"Birinci instansiya məhkəməsi cəza təyin edərkən işin hallarını və cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almayıb. Müdafiə etdiyim şəxsə cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin edib"- deyə vəkil bildirib.

Məhkum H.Tapdıqov da apellyasiya məhkəməsindəki çıxışında barəsində çıxarılmış hökmün ədalətsiz olduğunu qeyd edib və cəzanın ləğv edilərək ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı isə şikayətin rəddə edilməsini və hökmün dəyişdirilməməsini istəyib. Məhkəmə kollegiyası tərəfləri dinlədikdən sonra qərara gəlib ki, hökm cəzanın ağırlığına gorə dəyişdirilməlidir.

Şikayəti araşdıran məhkəmə hesab edib ki, məhkum ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilib. Onun əməli səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin, ekspertiza rəyi, eləcə də birinci instansiya məhkəməsində
tədqiq olunmuş digər mötəbər sübutlarda da öz əksini tapıb və bu hissədə hökmün əsaslılığı apelyasiya şikayətlərində də mübahisələndirilmir.

Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi məhkuma cəza müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, işin bir sıra xüsusatlarını, o cümlədən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almayıb.

Ana qızını zorlayanı bağışlayıb...

İş materiallarından görünür ki, Hikmət Tapdıqov yaxın qonşu münasibətlərində olduğu A.Qasımovanı əvvəlcədən tanımış, ondan xoşu gəlmiş və zərərcəkmişin kəmağıllılığından istifadə edərək ona evlənmək barədə vədlər verərək onunla seksual xarakterli zorakılıq hərəkətləri həyata keçirməyə nail olub. Hadisədən sonra təqsirləndirilən şəxs zərərcəkmiş A.Qasımova ilə ailə qurmaq niyyətində olduğunu da bildirib.

Həmçinin, cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anasının notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayət və tələbi yoxdur.

Apellyasiya məhkəməsinin qənaətincə, birinci instansiya məhkəməsi H.Tapdıqova törətdiyi əmələ görə verilə biləcək ən ağır cəza - 8 il azadlqıdan məhrum etmə cəzasına yaxın cəza təyin etməklə düzgün nəticəyə gəlməyib. Şikayəti araşdıran məhkəmənin yekun qərarı ilə cəzası 7 ildən 6 ilə endirilib.

///Musavat.com

Xəbərlər     Baxılıb: 3718   Tarix: 03 iyul 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar

Ultrabənövşəyi şüalar sadəcə dəridə ləkələr yaradan bir "düşmən" deyil, həm də dəri xərçənginə yol açan gizli bir təhlükədir. Dr. Le Cao Tri vurğulayır ki, dərini qorumaq üçün doğru kremi seçmək və ondan düzgü

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir

Oturaq həyat tərzi ilə çalışan insanlar üçün sağlamlığın qorunması mühüm məsələ olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq həm onurğa problemlərinə, həm də ümumi fiziki zəifliyə səbəb ola bilər

turlar.az

maskalar gözəllik məhsulları donlar 2026 tutun faydalari kişi xəyanət veten haqqinda atalar sozu veten haqqinda bayati kosmetika sac duzumleri qoğalın nağlı rus dili 2ci ders insan maska