Bakıda faciəvi şəkildə ölən Susananın anası BÜTÜN GİZLİNLƏRİ AÇDI - FOTOLAR

May ayında Bakı şəhərinin Nəsimi rayonunda yaşadığı binadan özünü ataraq intihar edən Susana Şərifovanın anası hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib.

Xanim.az lent.az-a istinadən xəbər verir ki, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı, əslində, intihar etməyib, öldürülüb. O, nəvələri Nərgizin və Nəzrinin onun himayəsinə verilməsini də xahiş edib:

"Mən Şərifova Olqa Alekseyevna. Mənim qızımı Şərifova Susana Şakir qızını öldürüblər. Onun qatilləri Baxşıyev Əbülfəz Yusif oğlu və Baxşıyeva Simuzər Abdulla qızıdır. Onlar qızımı azyaşlı qızı Nərgizin gözü önündə dəfələrlə vəhşicəsinə döyüblər, təhqir ediblər, şərəf və ləyaqətini alçaldıblar. Əbülfəz Nərgizi aparıb küçələrdə narkotik almaq üçün uşağı guya xəstə kimi qələmə verirdi, Susana bunlardan narazı qaldığı üçün döyülürdü. Simuzərin təklifi ilə Əbülfəz azyaşlı Nərgizin gözü önündə Susananın zorla saçını qayçıyla qırxıb. Onu və uşaqları evdə dustaq ediblər. Qızım hüquqlarını müdafiə etmək üçün onlara deyib ki, sizdən hüquq mühafizə orqanlarına şikayət edəcəm. Amma Simuzər onu qorxudub ki, "Sizin üçün bura Avropa və ya Rusiya deyil, bura Azərbaycandır, mən məşhur şairəyəm, məni hamı tanıyır. Qızlarım İsveçrədə yaşayır, onların bir zəngi bəsdir"".

Olqa Şərifova qeyd edib ki, qızı üzləşdiyi əməllərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Qızım özünün və uşaqlarının hüquqlarının müdafiəsi üçün bir il ərzində hüquq-mühafizə orqanlarına döyülmələri barədə, tibbi rəylərlə birgə müraciət edib. Uşaqların onlardan alınması üçün məhkəməyə iddia ərizəsi verib. Amma Simuzərin dedikləri düz çıxıb, qızımın müdafiəsi üçün heç bir köməklik göstərilməyib. 15 may tarixində isə Simuzər və Əbülfəz Sunananı yenə vəhşicəsinə döyərək, saçlarını zorla kəsib. Daha sonra onlar qızımı Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları, ev 20, mənzil 20 ünvanının eyvanından itələyərək atıb öldürüblər. Mənim, ailə üzvlərimin və nəvələrimin insan hüquqları pozulur. Əbülfəzi sanksiya ilə 3 aylıq həbs ediblər, amma Simuzəri cinayətə cəlb etməyiblər. Qızımın uşaqlarını həmin qadın bizdən gizlədir. Həmin qadında uşaqların qalması çox təhlükəlidir. O, uşaqlara qorxu gəlir, onların psixologiyasını pozur. Xahiş edirəm, uşaqları bu insanların ümidinə buraxmayın".

Şikayətçi əlavə edib ki, əlində qızının ölüm anını əks etdirən video-görüntü var: "Biz o videonu Nəsimi Rayon Prokurorluğuna yollasaq da, bununla əlaqədar heç bir tədbir görülməyib".

Sözügedən sayt hüquq-mühafizə orqanlarına təqdim edilmiş həmin video ilə maraqlanıb. Hüquq-mühafizə orqanlarından bildirilir ki, görüntülərdə Susana Şərifovanın qayınanası Simuzər Baxşıyevanın eyvandan düşmək üzrə olan gəlinin yanında olduğu, lakin onu itələmədiyi əks olunur. S.Baxşıyeva isə ifadəsində deyib ki, həmin vaxt özünü eyvandan atan Susanaya kömək etməyə çalışıb, lakin bunu bacarmayıb.

Qeyd edək ki, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub və barəsində istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bakıda faciəvi şəkildə ölən Susananın anası BÜTÜN GİZLİNLƏRİ AÇDI - FOTOLARBakıda faciəvi şəkildə ölən Susananın anası BÜTÜN GİZLİNLƏRİ AÇDI - FOTOLARBakıda faciəvi şəkildə ölən Susananın anası BÜTÜN GİZLİNLƏRİ AÇDI - FOTOLARBakıda faciəvi şəkildə ölən Susananın anası BÜTÜN GİZLİNLƏRİ AÇDI - FOTOLARBakıda faciəvi şəkildə ölən Susananın anası BÜTÜN GİZLİNLƏRİ AÇDI - FOTOLARBakıda faciəvi şəkildə ölən Susananın anası BÜTÜN GİZLİNLƏRİ AÇDI - FOTOLAR

Xəbərlər     Baxılıb: 2147   Tarix: 23 iyun 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari klyos donlar 2026 maraqlı faktlar bilinçik resepti plov reseptləri kosmetika nağıllar baliq veten tanisliq əfsanələr