Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTOLAR

Uzun müddətdir mediada haqqında tez-tez məlumatlar dərc olunan cinayətkar qrup zərərsizləşdirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakıda sosial şəbəkələr üzərindən özlərinə qurban cəlb edib onu kafeyə çağıraraq orada külli miqdarda hesab ödəməyə məcbur edən mütəşəkkil dəstə üzvləri saxlanılıb.
Belə ki, vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.
A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib. R.Xəlilov bir neçə ay axtarışda olub və ötən ilin sentyabr ayında saxlanılıb, həmin zaman üzərindən soyuq silah olan bıçaq aşkar edilib. Digər şəxslər isə may ayında saxlanılıblar.

Dəstənin rəhbəri
İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə "Facebook" və "Odnoklassniki"də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri müəyyən olunan kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub. Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.
İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil dəstə mütəmadi olaraq yerlərini dəyişib, eyni məkanda uzun müdddət fəaliyyət göstərməyiblər. Belə ki, zərərçəkmişlər – Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Eldəniz Rüstəmov və Gürcüstan vətəndaşı 1982-ci il təvəllüdlü Əliş Rəhimlinin epizodu üzrə cinayət hadisəsi Ə.Cavad küçəsində yerləşən "Rublyovka" klubunda baş verib. E.Rüstəmovdan 50, Ə.Rəhimlidən 45 manat alıblar.

Dəstə üzvlərinin istifadə etdikləri bir çox məkanların adı belə olmayıb. Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Məmmədovdan 130 manat pulu hədə-qorxu gələrək və döyərək R.Zorge küçəsi 12c saylı ünvanda yerləşən kafedə alıblar. Digər cinayətlər isə Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.
E.Balakişiyev barmen kimi fəaliyyət göstərib, müştəri hesabı ödəmədikdən sonra digər dəstə üzvləri ilə birlikdə ondan pulun zorla alınmasında iştirak edib. Maraqlıdır ki, bütün müştərilərə təqdim edilən saxta hesab 153 manat olub.
Təqsirləndirilən şəxslərdən İ.Meybullayev,R.Rəhimov, E.Balakişiyev və A.Məmmədov Cinayət Məcəlləsinin 180.3.1-ci (soyğunçuluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə, A.Musayevə CM-nin 180.3.1 və 182.3.1-ci maddələri ilə, R.Xəlilov isə 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. R.Xəlilov bundan əvvəl Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bununla yanaşı, digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü", "Leyla" adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb. Bununla bağlı da araşdırmalar davam etdirilir. G.Əsgərova istintaq zamanı şahid qismində dindirlərkən bütün cinayətləri etiraf edib. Digər təqsirləndirilənlər də özlərini qismən təqsirli bildiklərini deyiblər.
Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTOLARBakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTOLARBakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTOLARBakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu - FOTOLAR

Xəbərlər     Baxılıb: 1894   Tarix: 28 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim seçimi makiyaj etmek qaydalari geyim şəkilləri kariyera və iş həyatı meslehetler tutmalar gozalti qaralar ucun maska kosmetika uşaq nece olur englishdilində qulaq atalar sözləri oglaq nağıllar