Bakıda iki övladı öldürülən qadından yeni məlumat: HƏLƏ DƏ...

Bakıda iki övladı öldürülən qadından yeni məlumat: HƏLƏ DƏ...Keçən həftənin şənbə günü Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül hala salınan Lətifə Qasımovanın vəziyyəti ağır olaraq qalır. Qadının müalicə olunduğu 1 saylı şəhər xəstəxanasından Lent.az-a bildirilib ki, o hələ də reanimasiya şöbəsindədir və həyatına təhlükə qalmaqdadır. L.Qasımovanın bədənininn müxtəlif yerlərində: boğazında, əl-ayaqlarında çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər var.

Yaxınlar bildiriblər ki, gözlərini açsa və az da olsa ünsiyyət qura bilsə də, 55 yaşlı qadına övladlarının öldürülməsi ilə bağlı hələ də informasiya verilməyib.

Qeyd edək ki, məlum cinayəti törədən A.Cəfərov L.Qasımovanın bacısının kürəkənidir. O, qarət məqsədi ilə yoldaşının xalasının ailə üzvlərini öldürmək qərarına gəlib. Əvvəllər xuliqanlıq və yol qəzası törətdiyinə görə həbsxana həyatı yaşamış Azər 16 yaşlı Saqil Qasımzadəni aldadaraq küçəyə çılxardıqdan sonra bıçaqla onun boğazını kəsib. Daha sonra evə gələn qatil ailənin digər övladı, 26 yaşlı Fəridə Qasımzadəni eyni üsulla qətlə yetirib və Lətifə Qasımovanı da öldürməyə çalışıb. Evdən 207 dollar və 250 manat götürən şəxs qətlə yetirdiyi şəxslərin meyitini özünə məxsus 90 HK 308 dövlət nömrə nişanlı avtomobilə qoyaraq uzaqlaşıb. Müşahidə kameralarına düşən şəxs avtomobili ilə birgə çox keüçmədən yaxalanıb.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, qətlə yetirilən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.

Xəbərlər     Baxılıb: 1841   Tarix: 06 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan