Bakıda komendanta bıçaqla hücum edən trans: "Mənə söz atırdı" (VİDEO)
Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən transseksual Səbinə etdiyi hərəkətin səbəbini açıqlayıb.
BAKU.WS-ə açıqlama verən Səbinə bildirib ki, komendanta hücum etməsinin səbəbi sadəcə elektrik enerjisinin dayandırılması olmayıb.
"Komendant mənim bu binada yaşamağı istəmirdi. Ona demişdim ki, yanvarın 5-də binadan çıxacam. Lakin komendant hər dəfə işıqlarımızı söndürürdü. Mənə hər gələndə söz atırdı, ilişirdi. Yeni il bayramı günü də işıqlarımızı söndürdü. 102-yə zəng edəndən sonra işığımızı yandırdı. Telefonda söyüş söyəndə isə dözə bilmədim, məni vurmaq istəyirdi, komendanta hücum etdim. O da köşkə girdi. Şüşəni sındırdım. Hirsimdən bıçaqla boğazıma xəsarət yetirdim. Hadisə yerinə polislər gəldi. Nəsimi rayonu 19-cu polis bölməsinə apardılar bizi", - deyə Səbinə bildirdi.
Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin dayanmasına görə sakin komendantın köşkünə hücum çəkib. Trans etiraz əlaməti olaraq binanın komandatına bıçaqla hücum edib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin