Bakıda maşın sürənlərin diqqətinə - 40 manat CƏRİMƏ OLACAQ
Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib.
Xanim.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
O qeyd edib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı hərəkət zolaqlarından mayın 5-dən 25-dək tətbiq olunacaq. K.Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. O, həmçinin qeyd edib ki, 5-25 may tarixlərində nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarət gücləndiriləcək.
Məlumata görə, aidiyyatı olmayan maşınlar zolağa girsə, 40 manat cərimə olunacaqlar.
Qeyd edək ki, göstərilən tarixlərdə regionlarda qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakıya daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq.
Mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir