Bakıda məktəb direktorundan qalmaqallı açıqlama: "O uşağın atası rəhmətə gedib, anası da axşam saatları evi dolandırmaq üçün... "

Bakıda məktəb direktorundan qalmaqallı açıqlama: "O uşağın atası rəhmətə gedib, anası da axşam saatları evi dolandırmaq üçün... "Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovu döyməsi ilə bağlı yayılan məlumatlara məktəbin direktoru münasibət bildirib.
Adı çəkilən məktəbin direktoru İlqar Talıbov Sonxeber.az-a açıqlamasında bildirib ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə əlaqədar araşdırma aparılır:

"Müəllimin izahatı alınıb, psixoloq, valideynlər şurasının üzvləri dinlənilib lazımi addımlar atılıb. Yanlışlıq valideyn tərəfindən atılıb. Şagirdin döyülməsinə dair görüntülər yayılsa da hadisənin harada olduğu bəlli deyil, şəkili istənilən yerdə çəkmək olar. Müəllimə dinlənilib və təkidlə birdirir ki belə hal baş verməyib".

İ.Talıbov Kamran Soltanovun bir şagird olaraq məktəbin nizam-intizam qaydalarınahəmçinin dərslərdə fəaliyyəti ilə bağlı bu sözləri deyib:

"O, bir şagird olaraq zəif, psixoloji cəhətdən özünə qapalı, dərslərindən geri qalan şagirdlərimizdəndir. Yetərincə dəcəldi. Amma nə olur olsun biz şagirdə şəxsiyyət kimi yanaşırıq və onun təlim - tərbiyəsini lazımi səviyyədə qorumağa çalışırq. Valideyn həmin fikirləri hansı məqsədlə səsləndiribsə yəqin ki, bu barədə hüquq- mühafizə orqanlarına izahat verəcək".

İ.Talıbovun sözlərinə görə, hadisə ilə bağlı dünən Bakı Şəhər Təhsil İdarəsi ilə ələqə saxlanılıb, İdarənin Daxili Nəzarət Xidməti dünən məktəbdə araşdırma aparıb:

"Mən Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxlamışam onlara rəsmi məlumat vermişəm. Valideyn bura gətirdiyi şəxsin günahlarını ört-basdır etmək üçün məktəbimizin adını yanlış hadisədə hallandırır. Çünki məsələyə aidiyyatı olmayan, o uşağın valideyni olmayan birisi müəllimin üzərinə hücum çəkib, onu şagirdlərin gözü önündə təhqir edib. Biz adekvat tədbir görüncə isə valideyn bu seçimi edib. Hesab edirəm ki, bu doğru addım deyil".

İlqar Talıbovun sözlərinə görə, iki il öncə uşağın atası rəhmətə gedib. Yanında gələn şəxsi bizə uşağın dayısı kimi təqdim edib. Amma həmin şəxsin uşağa heç bir aidiyyatı yoxdur. Onun qohumu deyil. Həmin şəxslə biz danışdıq o günahını etiraf etdi. Üzr istəməyə gələcəyini söylədiyi halda bu uydurma hadisəni həyata keçiriblər. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hər şeyi araşdırıb yoluna qoyacaq. Mən sizi əmin edirəm ki müəllimə o uşağa əlini vurmayıb.

Direktor əlavə edib ki, Kamran Soltanov ailədə tək nəzarət olunmayan, dəstək verilməyən uşaqdır. Ona valideyn tərəfindən nəzarət edilmir. Uşaq evdə saatlarla tək qalır, axşamlar da evdə tək qalır. Ana iş dalınca gedincə uşağa nəzarət edən olmur. Çünki ailəni dolandırmaq üçün harasa gedir. Dediyim kimi uşaq evdə tək qalır.

Onlar məktəbə yaxın ərazidə birotaqlı evlərdə yaşayırlar. Atası vəfat etməzdən öncə də anası onunla yaşamırdı. İki il əvvəl atası da rəhmətə gedib. Onlar əvvəl də atasından ayrı yaşayırdı.

Qeyd edək ki, Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə tükürpədici hadisə yaşanıb. Məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovun qulağına ağır xəsarət yetirdiyi bildirilir. Nəticədə uşağın qulaq divarı zədələnib.

Kamranın anası Vəfa Soltanova iddia edib ki, artıq 4 ildir övladı həmin məktəbdə işgəncələrə məruz qalır. Amma bu illər ərzində məktəbin adı çıxmasın deyə şikayətçi olmayıblar.

Xəbərlər     Baxılıb: 3119   Tarix: 24 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar qadın geyimi xına bəzəkləri kecellesme dodaq mantılar kosmetika bedii edebiyyat babasil veten haqqinda atalar sozu maraqlı eqreb