Bakıda məktəbdə intim əlaqədə olan 7-ci sinifdə oxuyan qızla bağlı ŞOK XƏBƏR

Bakıda məktəbdə intim əlaqədə olan 7-ci sinifdə oxuyan qızla bağlı ŞOK XƏBƏRHamının qorxduğu hadisə baş verib. 132-134 saylı Təhsil Kompleksində zorakılığa məruz qalan 7-ci sinif şagirdi ictimaiyyətin qınağından sonra intihara cəhd edib. Fevralın 10-da Instagram sosial şəbəkəsində canlı yayıma çıxan qız damarlarını kəsməyə başlayıb.

Bu barədə oxu.az-a açıqlamasında hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin geyinib-soyunma otağında gizli kamera vasitəsi ilə çəkilən video geniş müzakirələr səbəb olub. Videoda keçmiş müdafiə naziri Dadaş Rzayevin 11-ci sinif şagirdi olan nəvəsi 7-ci sinif şagirdi ilə cinsi əlaqədə olur. Gənc oğlan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 150.3.3. maddəsi ilə (aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli əməllər törətmək) cinayət işi başlanılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

"Görünür ki, qız bundan əvvəl də zorakılığın qurbanı olub, lakin bu barədə heç kim danışmır. Mən inanmıram ki, oğlanı həbs etsinlər. Hər şeydə qızı günahlandıracaqlar və onu heç kim müdafiə etməyəcək. Onlar başa düşməlidirlər ki, qız zorakılığın qurbanıdır. O uşaqdır, 13 yaşı var və böyük psixoloji problemləri var. İndi isə mənə belə sahbətlər çatıb ki, oğlan keçmiş nazirin nəvəsi olduğu üçün jurnalistlərə zəng vurub onun barəsində heç nə yazmamağı tələb ediblər", - Kəmalə Ağazadə deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, məktəbdən qovulma ən ağır cəza deyil. Cəmiyyət iki düşərgəyə bölünüb: biri qızı qınayır, digəri müdafiə edir. K. Ağazadə qeyd edib ki, qızın anası psixoloqdur və o, övladının müdafiəsinə qalxmalıdır.

"İndi ilk növbədə, bu videonu çəkən və yayanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bir çoxları bu videonu axtarır və baxmaq istəyir. Burada uşaq pronoqrafiyasının yayılması faktı var. Qızı məktəbdən qovdular, sonra? Onlar Azərbaycandan getməlidirlər?", - K. Ağazədə sual verir.

Hüquq-müdafiəçisi ictimaiyyəti qızın müdafiəsinə qalxmağa, ona bu vəziyyətdən çıxmaqda kömək etməyə çağırıb:

"Allaha şükür olsun ki, biz qadınların daş-qalaq edən cəmiyyətdə yaşamırıq".

Xəbərlər     Baxılıb: 6512   Tarix: 12 fevral 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

adlarin menasi sade makiyaj sekilleri qadın geyimi doğuşa hazırlıq cinsi münasibət bilincik resepti seks prosesi kosmetika atalar sozu novruz bayramına aid hakıştalar rus dilini öyrənək 2 ci dərs heyati gözellik