Bakıda müəllimdən 3-cü sinif şagirdinə qarşı utancverici hərəkət: "Şok yaşadım…"

Bakıda müəllimdən 3-cü sinif şagirdinə qarşı utancverici hərəkət: "Şok yaşadım…"20 nömrəli məktəb-liseyin müəllimi şagirdinə psixoloji zorakılıq etməkdə ittiham edilir.

Xanim.az minval.info-ya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən valideyn özünün və övladının başına gələn hadisədən şok keçirdiyini dilə gətirib. Belə ki, hər şey təhsil ocağında ibtidai sinif şagirdlərinə dərs keçən müəllimə alınan hədiyyədən sonra yaşanıb.

"Mənim qızım 3-cü sinif şagirdidir. Şəhərin mərkəzində yenicə təmirdən çıxmış üstü bəzək məktəblərdən birində, daha dəqiq desəm 20 nömrəli məktəbdə təhsil alır. Bir çox valideynlər kimi mən də, hər bayramda kiçik-böyük, fikirləşmədən imkanımın daxilində onun sinif rəhbərinə hədiyyə verirəm. Müəllimlər Günündə, Yeni ildə və 8 Martda… Bu dəfə evdə körpə iki övladım olduğundan yoldaşımdan xahiş etdim ki, sinif rəhbəri üçün ailə büdcəmizə uyğun məbləğdə hədiyyə alsın. O, suvener qab, şokolat qutusu və məktub konvertinin içərisinə 20 azn pul qoyaraq bayram təbriki üçün Şəhla Məmmədovaya təqdim edib".

Valideynin sözlərinə görə, müəllim hədiyyəni bəyənmədiyindən ona zəng vuraraq qəribnə tərzdə narazılığını bildirib:

"İstehza dolu bir səslə: "O göndərdiyiniz qutu açılmış olub və içərisində 2-3 ədəd şokolad vardı. Mən bunu heç xadiməmə də vermərəm…" – dedi. Çox pərt oldum, duruxub qaldım. Özüm ziyalı bir ailənin qızıyam. Həkim və müəllim ailəsində böyümüşəm. Özüm də ali təhsilliyəm. Mənim tərbiyəmə və həyat baxışıma görə, hədiyyə könül sevindirmək üçün olmalıdır. Müəllimdən üzr istədim. O isə bunun qarşılığında bildirdi ki, "göndərdiyin o qabı da sinifdə uşaqlara verdim, xonça düzəldəcəklər". Hər zaman bahalı hədiyyə verirdik, baxmayaraq ki, maddi durumumuzda çətinlik var, amma indi də haradasa 50 AZN civarında bir bayram payı etmişdik".

gülüş obyektinə çevrilməsinə səbəb olub:

"Qızım söyləyir ki, sinifə o qabı göstərib, "filankəsin aldığı qabda xonça düzəldərik" deyib. Uşaqlar da övladıma baxaraq gülüblər. Burada gülməli nə var? Qızıma da psixoloji təsir olub. Həyatımın şoklarından biri oldu".

Məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxladıq. "Sizə 1 saat ərzində məlumat verəcəyik" deyildi, amma 2 saat keçməsinə rəğmən heç bir məlumat verilmədi. Hətta zənglərimizə cavab vermədilər.

Xəbərlər     Baxılıb: 4196   Tarix: 15 mart 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

aksessuarlar adlarin menasi gozel gorunmek qadin dunyasi.az yaz yay 2026 qadin dunyasi az bayatilar vetene aid kosmetika bayatilar rus dili salam nağıllar oyunlar