Bakıda qida "terrorçuları" peyda olub — ölüm gətirən kolbasaların qiyməti - FOTO

Bakıda qida "terrorçuları" peyda olub — ölüm gətirən kolbasaların qiyməti - FOTO"Xanim.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yazıb. O bildirib ki, "Koroğlu" metro stansiyası yaxınlığında kiloqramı 2,50 AZN-ə kolbasalar satılır. Deyilənlərə görə, həmin məhsullar ya Rusiyadan gətirilir. Yaxud da, hansısa sexlərdə istehsal olunur.

Mütəxəssislər də belə məhsulların insan üçün ölüm mənbəyi olduğunu düşünürlər. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Ölkə.Az-a açıqlamasında bildirib ki, belə məhsullardan istifadə edən insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər.

"Kolbasaların qiyməti onun keyfiyyətindən xəbər verir. İlk baxışdan həmin məhsullarda normal ətin olmadığı aydın görünür. Yer üzündə soya ət var. Əti əvəz edən çoxlu komponentlər var. Belə məhsullar arzuolunmaz ətlərdən, yaxud ət əvəzedicilərindən hazırlanır. Belə məhsullar insan həyatı üçün çox zərərlidir. İnsanın genefondunu dağıdır, onları iflic edir", - deyə Eyyub Hüseynov bildirib.

Rəsmilər də belə məhsulların satılmasının qadağan olduğunu deyirlər. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Ölkə.Az-a açıqlamasında bildirib ki, həmin məhsulların küçədə açıq şəraitdə satışı qəti qadağandır.

"Siz deyilən əraziləri sabah müəyyən edəcəyik. Həmin ərazilərdə mütləq yoxlamalar aparılacaq. Belə hal aşkarlanarsa, həmin şəxslər qanunla mütləq cəzalandırılacaq. Bizim tərəfdən mütəmadi reydlər davam etdirilir. Belə reydlər intensiv hal alıb. Kənd təsərrüfatı məhsullarının şəhərə axını çoxalıb. Kartof, soğan, digər bostan məhsullar satışını həyata keçirənlər olur. Bəzən xiyar və pomidor satanlara rast gəlinir", - deyə qurum rəsmisi bildirib.

Ə.Bağırov deyir ki, vətəndaşlar da belə məhsulları almaqdan qorxmalıdırlar:

"Ərzaq məhsulları, xüsusən ət məhsulları, süd, qatıq, kolbasaları satmaq qəti olmaz. Çünki bunlar tez xarab olan məhsullardır. Belə məhsullar mütləq ciddi yoxlanışdan keçəndən sonra satışa buraxılmalıdır. Belə məhsulları alanlar da həyatlarını təhlükə qarşısında qoyurlar. İnsanlara belə məhsulları almasınlar. Bu xəstəlik mənbəyidir".

Xəbərlər     Baxılıb: 2005   Tarix: 31 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

makiyaj instagram yaz geyimleri 2026 yay geyimləri 2026 tursu qovurma aybasi qani ile cadu yay donları cinsi mövzular kosmetika zəhmət hakışdalar eqreb dostluq qiz burcu