Bakıda RÜSVAYÇILIQ! 63 yaşlı müəllim azyaşlı şagirdlərini zorladı

Bakıda RÜSVAYÇILIQ! 63 yaşlı müəllim azyaşlı şagirdlərini zorladıZorlamada təqsirli bilinən Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 63 yaşlı Abbas Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Abbas Məmmədov Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən Rəssamlıq Hazırlıq Kursunda rəsm müəllimi işləyib. O, yanına rəsm çəkməyi öyrənməyə gələn 2005-ci il təvəllüdlü Nərgiz Məmmədova (ad və soyad şərti verilib) ilə cinsi əlaqədə olub.

Abbas Məmmədov 2014-cü ilin noyabr ayının əvvəllərindən dekabr ayının 14-nə kimi olan müddət ərzində Nərgiz Məmmədova ilə ayrı-ayrı vaxtlarda 7-8 dəfə cinsi əlaqəyə girib.

Növbəti dəfə o, Nərgiz Məmmədovanı hazırlıq kursunun emalatxana otağına aparıb. Orada 11 yaşlı qızı zorla soyunduran müəllim onunla cinsi əlaqədə olub, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Bundan başqa, Abbas Məmmədov rəssamlıq hazırlıq kursunda 20 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə, 6 dəfə 2004-cü il təvəllüdlü Sahibə Əliyeva ilə (ad və soyad şərti verilib) cinsi əlaqədə olub. O, ilk dəfə hazırlıq kursuna gələn Sahibə ilə iyunun 20-də intim münasibət qurub.

Abbas Məmmədov həmin gün Sahibəni hazırlıq kursunun emalatxana otağına dəvət edib. Orada Sahibənin köməksiz vəziyyətindən istifadə edərək, onu öldürəcəyi ilə hədələyib. O, azyaşlı qızın saçından tutaraq dartıb və sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib. Sonra qıza qarşı seksual xarakterli hərəkətlər edib və daha sonra qeyri-təbii yolla onunla cinsi əlaqəyə girib. Sonuncu dəfə o, Sahibə ilə iyunun 29-da cinsi əlaqədə olub. O, azyaşlı qıza hədə-qorxu gələrək, etdiyi hərəkətlər barədə heç kimə deməməsini tapşırıb.

Lakin həmin gün Sahibə başına gələn hadisəni valideynlərinə danışıb. Bundan sonra Sahibənin valideynləri polisə şikayət edib. Şikayət əsasında Abbas Məmmədov həbs edilib və onun hər iki cinayətinin üstü açılıb.

Abbas Məmmədov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.\teleqraf.com\

Xəbərlər     Baxılıb: 5421   Tarix: 10 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler donlar 2026 merlin monro qis geyimleri otaq dizayni güllərin mənası kosmetika novruz bayramı haxışta burclerin uyumu laylalar usaq geyimleri atalar sözləri