Bakıda səhiyyə RƏZALƏTİ: Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədi

Bakıda səhiyyə RƏZALƏTİ: Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədiÖtən gecə Bakıdakı xəstəxanalarda xəstəni ağır vəziyyətə salan olay yaşanıb. Həkim səhlənkarlığı ucbatından illərdir əlil arabasına məhkum olmuş və 22 dəfə əməliyyat keçirən üç uşaq anası Aynurə Xudiyevanın səhhəti qəflətən pisləşib və təcili tibbi yardım çağırılıb. Vəziyyəti kəskinləşən qadın təcili yardım maşını ilə aparıldığı xəstəxanalar tərəfindən qəbul edilməyərək geri döndərilib.

Belə ki, 3 saylı Şəhər Klinik Xəstəxanası, M.Ә.Mirqasımov adına Respublika Kliniki Xәstәxanası, Neftçilər Xəstəxanası və Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutu xəstənin təyinatının olmadığını əsas gətirərək qəbul etməyib.

Bu barədə Cebhe.info-ya Aynurə Xudiyevanın anası Səkinə Əliyeva məlumat verib:

"Birinci Sabunçudakı 3 saylı Klinik Xəstəxanaya aparıblar, ora götürməyib. Sonra Respublika Kliniki Xəstəxanaya gediblər. Oradan da xəstəni geri qaytarıblar. Daha sonra Neftçilər, ondan sonra isə Travmatalogiya Xəstəxanalarına aparılıb, qəbul etməyiblər. Qızım az qalırdı ki, keçinsin. Ağır vəziyyətdə evə gətirdilər. Apardığımız xəstəxanalar təyinat olmadığına görə qızımı xəstəxanaya qəbul etməkdən imtina ediblər. Evdən tələsik çıxdığımıza görə təyinatı götürməmişdik. Həkimlərə dedim ki, xəstəni qəbul edin, bu gecə xəstəxanada qalsın, səhər kağızlarını gətirərəm. Razı olmadılar, bildirdilər ki, o kağızları verməsəniz, xəstə qəbul edilməyəcək. Qızımda 9 ildir ki, yara var. Sümük çıxmalıdır, onun üçün isə 30 min manat pul lazımdır. İmkanımız yoxdur deyə qız illərdir ki, əziyyət çəkir. Ona görə də vaxtaşırı qanına zəhərlənmə keçir, vəziyyəti pisləşir. Dünən də bu səbəbdən halı pisləşmişdi. Dəfələrlə qanını yuduzdururuq, ondan sonra yaxşılaşır. Ən son yayda 600 manat verib qanınınə təmizlətdik. Xəstəxanada da həmin məsələni dedik ki, qan mütləq yuyulmalıdır. Heç olmasa qanını yuyun, vəziyyəti düzəlsin. Heç nə etmədilər, ümumiyyətlə, yaxına buraxmadılar".

Səkinə Əliyevanın sözlərinə görə, qızı 3 saylı Klinik Xəstəxanada qeydiyyatdadır. Təyinat oradan verilməlidir ki, istənilən xəstəxana xəstəni qəbul edə bilsin:

"Səhəri birtəhər açdıq. Amma qızımın vəziyyəti düzəlməyib. İndi 3 saylı Xəstəxanaya gedirik, görək necə olacaq".

Qeyd edək ki, "Cümhuriyət" qəzeti 22 dəfə əməliyyat keçirən üç uşaqlı ananın vəziyyəti barədə yazı dərc edib. Həkim səhlənkarlığının qurbanı olmuş 29 yaşlı Tərtər rayonundan məcburi köçkün Aynurə Xudiyeva 9 ildir ki, yataq xəstəsidir. Aynurə Xudiyeva 9 il əvvəl üçüncü mərtəbədən yıxılıb və beli sınıb. Elə o vaxtdan da əlil arabasına möhtac qalıb.

Yataqda və əlil arabasında çox olduğundan ayağında yataq yarası əmələ gəlib. İki il hissiyatı olmadığı üçün bu yaranın necə əmələ gəldiyindən xəbərsiz olub. Biləndə isə artıq çox gec olub və yara sümüyə çatıb. Artıq sümükdə də çürümə gedir. Türkiyə və İran həkimləri yaranın sağalması üçün bud nahiyyəsinin arxa tərəfində olan sümüyün çıxarılacağını məsləhət biliblər. Yəni yalnız bundan sonra yara sağala bilər. Əməliyat üçün 30 min manat tələb edilir.

Xəbərlər     Baxılıb: 2388   Tarix: 16 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

geyim şəkilləri toy gecesi geymler 2026 cennet almasi murebbesi pnevmoniya xesteliyi kətə reseptləri qara qarağat kosmetika xanım az haxisda zencefil nizami gəncəvi sevda