Bakıda seksual manyak tutuldu - Polislər insanların əlindən güclə aldılar - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda seksual manyak tutuldu - Polislər insanların əlindən güclə aldılar - YENİLƏNİB - VİDEO - FOTOXəbər verdiyimiz kimi, Xırdalan şəhərində azyaşlıya təcavüz edən şəxs məsuliyyətə cəlb edilib. Saxlanılan Hökməli qəsəbə sakini, 1979-cu il təvəllüdlü İbrahim Buğumovdur. O, Xırdalan şəhəri, Heydər Əliyev prospektində binalardan birinin həyətində 7 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edib. Manyak sakinlər tərəfindən yaxalanaraq polisə təhvil verilib, barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xanim.az-ın məlumatına görə, teleqraf.com xatırladır ki, İbrahim Buğumov əvvəllər də eyni əmələ görə məhkum olunub. O, 15 may 2015-ci il tarixdə, saat 20:45-də sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Samirə Əliyevaya (ad və soyad şərti verilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

İbrahim Buğumov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsüf edilib və onun cəzası 1 il 6 aya endirilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı günlə hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluğun protesti ilə Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında işə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası təcavüz faktı ilə bağlı ekspertiza təyin edib. Ekspertiza rəyi açıqlanana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Apelyasiya məhkəməsində qanuni cəza müddəti təyin edilməmiş İbrahim Buğumov eyni əməli təkrar törədib.

Faktla bağlı araşdırma aparılır.

----------

14:08

Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyakın fotosu yayılıb.
Xanim.az-ın missiya.az-a istinadən məlumatına görə, həmin şəxs altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutularaq ətrafdakı insanlar tərəfindən döyülüb.

Sakinlər tərəfindən döyülən şəxs əraziyə gələn polis əməkdaşları tərəfində şöbəyə aparılıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Xırdalan şəhəri Heydər Əliyev prospektində binalardan birinin həyətində 7 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edərkən sakinlər tərəfindən yaxalanan 1979-cu il təvəllüdlü Buqurov İbrahim Xankərəm oğlu əvvəllər məhkumluq həyatı yaşayıb. Həmin gün polisin linç edilməkdən qurtardığı şəxs dərhal məhkəməyə aparılıb və barəsində istintaq dövrü üçün 2 aylıq həbs-əqtimkan tədbiri seçilib. Onun barəsində Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə iş başlanılıb.

Bu arada məlum olub ki, seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən müraciət daxil olub. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər.

Qeyd edək ki, seksual manyakın tutulmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

----------

12:05

Abşeron rayonunda müxtəlif vaxtlarda dörd azyaşlı qız uşağına qarşı seksual xarakterli hərəkət edən manyak saxlanılıb.

Xanim.az report-a istinadən xəbər verir ki, rayonun Xırdalan şəhərində polis əməkdaşları Hökməli qəsəbə sakini 38 yaşlı İbrahim Buqurovu tutub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, İ.Buqurov zərərçəkən azyaşlıların valideynlərinin şikayəti əsasında saxlanılıb.

Xəbərlər     Baxılıb: 2906   Tarix: 04 iyul 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geyim seçimi yay kolleksiyasi toy gecesi balıqlar bürcü xəyanət azad qadin gözəl geyimlər kosmetika kley lekesi klitor rus dili vətənə aid sevda