Bakıda yaşlı qadın qulağından sırğa oğurlayana görün nə etdi

Bakıda yaşlı qadın qulağından sırğa oğurlayana görün nə etdiBakıda xanımlara qarşı silsilə şəkildə hücumlar edərək, onların qızıl-zinət əşyalarını oğurlayan Rəşad Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qadınsaytı.az A24.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərdən biri ifadə verib.

Zərərçəkmiş Tahirə Hüseynova deyib ki, ona qarşı soyğunçuluq hadisəsi bu il aprelin 29-da edilib. Ancaq zərərçəkmiş yaşlı qadın bildirib ki, ona qarşı soyğunçuluq edən şəxsin Rəşad Məlikov olduğunu dəqiq bilmir: "Evə qalxanda gördüm ki, arxadan kimsə gəlir. Yaşlı adamam, asta-asta qalxıram. Kənara çəkilib yol vermək istədim. Arxadan yaxınlaşdı, əllərinin qulağıma dəydiyini hiss elədim. Birdən qaçdı, ancaq qaranlığı gördüm. Əlimi qulağıma atanda gördüm sırğa yoxdur. Qulağımdan qan gəldi".

Hakimin sualına cavab verən Tahirə Hüseynova sırğanın rəhmətlik anasından yadigar qaldığını, dəyərini bilmədiyini söyləyib. T.Hüseynova şikayətçi olmadığını da qeyd edib: "Gedib-gəlməkdən bezmişəm. Yaşlı adamam, yoruluram. Bilirəm ki, xeyri yoxdur. Dəymiş zərər də ödənilməyib. İstəmirəm də… Cavan adamdır, bir qələtdir edib, bağışlayıram".

Təqsirləndirilən Rəşad Məlikov Tahirə Hüseynovanın sırğasını oğurlamadığını deyib: "Bunu mən etməmişəm. Boynuma yükləyiblər". Digər zərərçəkmişlər məhkəmənin yanvarın 11-nə təyin olunmuş iclasında ifadə verəcəklər.

Qeyd edək ki, Rəşad Məlikov Bakıda bir neçə qadına qarşı soyğunçuluq edib. Binəqədi rayon sakini olan R.Məlikovun Yasamal, Nəsimi və bir neçə rayonlarda cinayət əməlləri törətdiyi bildirilir. R.Məlikov 6 xanıma qarşı soyğunçuluqda və "MilliÖn" aparatlarından oğurluqda təqsirli bilinir.

Xəbərlər     Baxılıb: 5123   Tarix: 28 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim dəbləri qis geyimləri 2026 hicab baglama qaydasi xinayaxdi bayati ana və uşağın ev məktəbi moda xəbərləri kosmetika uzeyir hacibeyli novruz hakışdaları google vətən həsrəti vicdan