Bal adı ilə satılan şərbətlər - ayırd etmək üçün ən etibarlı üsullar

Bal adı ilə satılan şərbətlər - ayırd etmək üçün ən etibarlı üsullarAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. 
Nümunələrin sınaq nəticəsinə əsasən 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb, 9 istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama aparılıb və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda, həmin müəssisələrdən ikisində məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. 
Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kiloqram bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu sahədə araşdırmalar davam etdirilir. 
Sirr deyil ki, ölkədə təmiz bal adı altında satılan məhsullar bir çox hallarda standartlardan uzaq olur. Hərçənd dadına əsasən onları keyfiyyətlidən ayırd etmək asan deyil. 
Bəs balın təmizliyinə necə əmin olmalı? Ən etibarlı üsulı hansıdır? Bazardan, yoxsa marketdən almaq daha uyğundur? İnflyasiyanı da nəzərə alsaq, hazırda yaxşı balın bir kilosu neçəyə olmalıdır? 
Eyyub Hüseynov: "Təbii bal istehsalçıları bu cür süni balları ayırd edə bilmirlər" 
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, ölkənin əmtəə bazarında bal sektorunda problemlər yaşanır: "Çox yaxşı haldır ki, AQTA bunların monitorinqini etməyə. Qeyd edim ki, bizim ofisimizdə nümunələr var. Balı Türkiyədən gətirilmiş xüsusi tozlar (dad verici, qoxu verici), xüsusi qablaşdırma materialları, şəkərlə, eləcə də müəyyən temperatur və texnologiya ilə hazırlanaraq bazara çıxarılır. Üzərində çəkisi və digər göstəricilər göstərilir. Qida Təhlükəsizliyi Agentliyi balın böyük bir partiyasını ifşa edib.
Çox yaxşı haldır, lakin yenə də bu cür hallar davam edir. Bu, ifşa olunan qadın bizim ofisimizə gəlmişdi. O dedi ki, "Mən bunu Rusiyada öyrənmişəm, orada uzun müddət bizneslə məşğul olmuşam, burada da bunu etmək istədim. Nəhayət Azərbaycanda ifşa olundum". Çox yaxşı haldır.
Onlar arı ilə heç bir əlaqəsi olmayan maddələrdən balı hazırlayırlar. Bu, elə də asan bir məsələ deyil. Təbii bal istehsalçıları bu cür süni balları ayırd edə bilmirlər. Bunun araşdırılması isə o qədər də sadə deyil. Yalnız mükəmməl laboratoriya vasitəsi ilə arının ifraz etdiyi xüsusi maddələrin analizi aparılaraq balın təbiiliyi müəyyən olunur. 
Digər primitiv yollar da mövcuddur, lakin onlar tam dəqiq nəticə vermir. Bu cür fırıldaqçılığın qarşısını almaq üçün ciddi nəzarət və keyfiyyət testləri tələb olunur. Bal bazarı hazırda çox çirklənmiş və xaotik vəziyyətdədir. Dövlət dəstəyi ilə neçə ildir ki, Bal Assosiasiyaları yaradılıb. Mən bal assosiasiyasının rəhbərliyinə təkliflə müraciət etmişəm ki, gəlin əməkdaşlıq edək. Tam təmmənasız şəkildə bu sahədə kömək etməyə hazıram. Lakin təəssüflər olsun ki, mənə əsasən məsafədən təşəkkür bildirir, işbirliyinə real addım atmırlar. Nə qədər ki, cəmiyyətdə müəyyən məsələlər üçün haqq-ədalət naminə maraqlı tərəflərin inteqrasiyası baş vermir, həmçinin bu inteqrasiya kütləvi informasiya vasitələri ilə sinxron və əlaqəli həyata keçirilmir, bazarın müxtəlif sahələrində olduğu kimi, bal sektorunda da problemlər davam edəcəkdir.
Təmiz balın bazardakı qiyməti xeyli yüksək olmalıdır. Misal üçün, qohumuma bu yaxınlarda Filippindən bal gətirdim. O tərifləyir və deyir ki, bu bal yaxşıdır. Mən özüm də o balı yoxlayacağam. İnsanlar tez-tez bu kimi məhsulları uzaq ölkələrdən gətirirlər. Lakin o ölkələrdən gətirilən balların da necə hazırlandığı məlum deyil. Başqa ölkələrdə də bu cür problemlər yaşanır. Lakin birmənalı şəkildə  insanlar onlayn yolla bal almasınlar. Çünki aldatma hallarının əksəriyyəti onlayn satışlarda baş verir. Aldatma təkcə kiçik ticarətdə deyil, hətta avtomobillərin arxasında satılan yerlərdə də, marketlərdə də ola bilər. Lakin süni bal, yəni arı ilə heç bir əlaqəsi olmayan bal üzərindən arı, şanı şəkli götürülməlidir. Üzərinə süni bal yazılmalı, tərkibinə nə qatılıbsa qeyd edilməlidir". 
Bəs baldan kim, nə qədər gündə istifadə edə bilər? Neçə yaşdan? 
Seyfəddin Əsəd: "Balı qəbul edəndə şəkər kəskin qalxır, demək, tərkibində şəkər tozu var"
Tanınmış həkim, xalq təbabəti üzrə uzman Seyfəddin Əsəd mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "Bal Allahın insana verdiyi ən qiymətli qidadır. Yeganə məhsuldur ki, balın itkisi yoxdur. Keçmişdə, əsasən də Qərbi Azərbaycanda uşaqlar doğulanda göbəyinin mayalanmasını balla edirdilər. Balı hamı yeyə bilər, o şərtlə ki onun bala reaksiyası olmasın. Hər bir orqanizmin qəbul etdiyi həcm var. Qan azlığı olanlar balı çox qəbul etməlidirlər. Yalnız bala həssaslıq olanda çox qəbul etmək olmaz. Misal üçün, mən özüm hər səhər ilıq suya bir xörək qaşığı qatıram və limon şirəsi sıxıb qəbul edirəm. Bu həm arıqlamağa, həm də maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Bundan başqa, çay içəndə də baldan istifadə edilə bilər. Balı qaynar suya qatmaq olmaz, soyuducuda saxlamaq olmaz. Bal yaraların müalicəsində effektli olur. Qan artırıcıdır. Virusların, faringitin müalicəsində istifadə olunur. Hər iki saatdan bir balı ağızda saxlamaq və sormaqla ağız boşluğunu infeksiyalardan, virusdan təmizləmək olur. Bundan başqa, bal səs tellərinə soyuq olanda, bronxit zamanı çox yaxşı effekt verir. Bu zaman da suya həll edib qəbul etmək lazımdır. Bundan başqa, balın digər funksiyası da virus qovucu xüsusiyyəti də var və immuniteti qaldırır. Misal üçün, hər gün bal qəbul edən adamlar yoluxucu xəstəliklərə yoluxmur. Mən şəkərli diabet xəstələrinə bal məsləhət görmürəm. Birincisi, şəkərin dərəcəsi müəyyən edilməlidir. Şəkər xəstələrinə isə ona görə olmaz ki, balın əsl olması şübhə doğurur. Təəssüf ki, satış üçün olan balların hamısında qatqılar var. Bu sözümə görə məni qınayacaqlar. Amma böyük əksəriyyətinin biznes marağı var, orada şəkər tozu qatqıları olduğu üçün ziyan edir. Onun verdiyi xeyirdənsə, onu qəbul etməmək daha məqsədəuyğundur. Çünki mən uzun illər təcrübəmdə yoxlamışam ki, balı qəbul edəndə şəkər kəskin qalxır. Demək, onun tərkibində şəkər tozu qatqıları var". 
Milli.Az

Xəbərlər     Baxılıb: 1049   Tarix: 18 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA

Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan v

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

turlar.az

toy makiyajlari sade makiyaj sekilleri kosmetika mehsullari dirnaq ucun maskalar soz ehtiyati artirmaq yuxu yozmalar bu ilin cantalari kosmetika muellim seiri sirin qogal məsəllər vetene aid atalar sozu xərçəng bürcü