Balqabağın bilinməyən faydaları açıqlandı
"Balqabaq, ilk növbədə zəngin antioksidant, vitamin və mineral tərkibinə görə beyin sağlamlığına güclü təsir göstərən qida maddələrinin unikal birləşməsidir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu amerikalı nevroloq və qidalanma mütəxəssisi Timoti Fri bildirib.
Onun sözlərinə görə, balqabağın tərkibində olan A və C vitaminləri kimi antioksidantlar hüceyrələrimizi zədələrdən qoruya bilər.
Dietoloq Culia Zumpano qeyd edib ki, balqabaq qanda şəkəri tənzimləməyə kömək edən, toxluq yaradan, bağırsaq sağlamlığını təmin edən və həzmi təşviq edən liflə zəngindir.
"Balqabaq, həmçinin pis xolesterolu azaltmağa kömək edə bilər və çox aşağı kalorilidir. Tərkibində A vitamininə çevrilən beta-karotin var ki, bu da orqanizm tərəfindən dəri və immunitet sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Biz, həmçinin bilirik ki, kalium qan təzyiqini aşağı salmağa yardımçı olur", - deyə o vurğulayıb.
"Balqabaq tumları tərkibindəki yüksək maqnezium, sink, dəmir və triptofan sayəsində xüsusilə sağlamlıq mənbəyidir. Tumlardakı amin turşusu olan triptofan əhvali-ruhiyyəni, yuxunu və iştahanı tənzimləyən serotoninin analoqu hesab olunur. Balqabaq toxumu əhvali-ruhiyyəni yaxşılaşdırmağa, depressiya əlamətlərini azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər", - T.Fri əlavə edib.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib