Barmaqları hərəkət etdirməkdə çətinlik çəkənlərin nəzərinə, bu... - FOTO

Barmaqları hərəkət etdirməkdə çətinlik çəkənlərin nəzərinə, bu... - FOTOBarmaqların hərəkət etdirilməsində, tam olaraq açılmasında çətinlik varsa, ovuc içində keylik hiss olunursa, bu, "Düpüytren kontrakturası" (ovuc fibromatozu) adlı xəstəliyin əlamətləri ola bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislər gündəlik həyat fəaliyyətlərini məhdudlaşdıran bu xəstəliklə bağlı kritik xəbərdarlıq edirlər.
Bu barədə türkiyəli cərrahiyyə mütəxəssisi Kadir Uzel məlumat verib.
Kadir Uzelin sözlərinə görə, "Düpüytren kontrakturası"na daha çox kişilərdə rast gəlinir.
"Bu xəstəlik ovuc içində dərinin altında yerləşən və fasya adlanan toxumanın anormal dərəcədə qalınlaşmasından yaranır. Bu toxumanın qalınlaşması və qısalması nəticəsində sərtləşmiş fibrotik maneə və düyün yaranır ki, bu da barmaqların bükülməsini, hərəkət etdirilməsini çətinləşdirir. Bu xəstəlik əsasən 40 yaşdan sonra müşahidə olunur. Səbəbi isə dəqiq məlum deyil. Kişilərdə qadınlara nisbətən təxminən 10 dəfə daha çox rast gəlinir. Diabet xəstələrində, epilepsiya, xroniki qaraciyər xəstəliyi olanlarda və alkoqol aludəçilərində daha çox meydana gəlir", - deyə mütəxəssis bildirib.
"Hər iki əldə də yarana biləcək bu xəstəliyin ilkin mərhələsində ovuc içində ağrısız, düyün adlanan sərt şişlər peyda olur. Xəstəlik irəlilədikcə ovuc içərisində fibrotik maneələr əmələ gəlir. Nəticədə xəstədə barmağın bükülməsi və tam açılmaması kimi şikayətlər yaranır. Bu səbəbdən də xəstə barmağını qaldırmaq, alqışlamaq, əlini cibinə salmaq, əşyaları tutmaq kimi gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkməyə başlayır", - deyə Kadir Uzel qeyd edib.
Mütəxəssis vurğulayıb ki, gecikmiş hallarda əməliyyatdan sonra müvəffəqiyyət nisbəti də azalır.
Milli.Az

Xəbərlər     Baxılıb: 2334   Tarix: 15 noyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim dəbləri hamilelikde qidalanma sade makiyaj sekilleri limon maskasi xorionik qonadotropin qaraciyər fitrə kimlərə verilir kosmetika baldıza aid hakışta kurtlar vadisi opusme qz eviyçun hakışta masturbasiya nedir