Baş-beyin transplantasiyası ilə bağlı sensasion açıqlama

Baş-beyin transplantasiyası ilə bağlı sensasion açıqlamaAkdeniz Universiteti Orqan Nəqli İnstitutunun direktoru professor Ömər Özkan hesab edir ki, baş transplantasiyası əməliyyatlarının həyata keçiriləcəyi günlər uzaqda deyil.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, professor bu barədə Mimar Sinan Konqres Mərkəzində Akdeniz Universitetinin ev sahibliyi və Prezidentin İnsan Resursları Ofisinin təşkilatçılığı ilə keçirilən Cənubi Karyera Sərgisində deyib.
Uşaqlıq və qol transplantasiyası əməliyyatları ilə dünya tibb ədəbiyyatına adını yazdıran Ömər Özkan ölümsüzlüyün mümkün olub-olmamasından danışıb:
"Çox məşhur bir milyarder var idi. Ürək və qaraciyər transplantasiyası əməliyyatı keçirmişdi, amma sonda öldü. Orta əsrlərdə insanların əsas məqsədi ölümsüzlüyü tapmaq idi. Davamlı olaraq bunun üzərində çalışdılar. Bir müddət sonra ölməzliyi tapa bilməyəcəklərini anladılar. İndiki dövrdə orta statistik insan ömrü 80-85 civarındadır. 30-dan 80 yaşına çatmışıqsa, bəlkə də bu, 100-ə qədər uzanacaq. Amma mən daha dinc yaşamaqdan danışıram. Hədəfimiz həyat səviyyəsini hər zaman ən yüksək səviyyədə saxlamaqdır".
Türkiyənin orqan transplantasiyası həyata keçirən ən yaxşı ölkələrdən biri olduğunu bildirən mütəxəssis beyin və baş transplantasiyasına dair suallara da cavab verib.
"Beyin transplantasiyası əsrlərdir insanların ağlında olan bir şeydir. Çox fantastik səslənir. Beyin transplantasiyası niyə edilir? Faydalı ola biləcəyi bir neçə xəstəlik də var. Bunun üçün bədənə ehtiyacımız var. Baş transplantasiyasından əvvəl iflic problemini həll etmək lazımdır. Bilin ki, iflic olan xəstələri sağaldanda, baş transplantasiyası da mümkün olacaq.
Tibbdə bu vəziyyət fərqlidir. Buxar maşınını hələ kəşf etməmişik. Hələ başlanğıc mərhələsindəyik. Bir gün görəcəksiniz ki, ürəyi sifariş edib taxacaqsınız. Utopik görünə bilər, amma 15-20 günə qədər ana bətnindən kənarda yaşadılan uşaqlar var", - həkim etiraf edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 2216   Tarix: 27 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

donlar 2026 toy makiyajlari yay geyimləri 2026 qadın dünyası.az praktik məsləhətlər kampotlarin hazirlanmasi sekis kosmetika bahar bayatılar vetene aid bayati novruz bayramına aid hakışta burclerin uygunlugu