Bayram günü yediklərinizə diqqət edin! - Türkiyəli həkim

Bayram günü yediklərinizə diqqət edin! - Türkiyəli həkimMədə xəstəliklərinin və qanda şəkərin qəfil yüksəlməsinin qarşısını almaq üçün həmişə olduğu kimi Yeni il günü də az miqdarda, tez-tez yemək lazımdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu türkiyəli həkim Tuba Ustaoğlu deyib.
"Sevdiklərimizlə birgə xoş gecə keçirmək üçün hər birimiz diqqətlə hazırlaşırıq. Buna görə də gün ərzində çox az qidalanır və özümüzü gecəyə saxlayırıq. Uzun müddətlik ac qalandan sonra çox yemək isə edilən ən böyük yanlışlardan biridir", - o bildirib.
T.Ustaoğlu deyib ki, yemək seçərkən insanlar diqqətli olmalıdır:
"Əvvəla ət, toyuq, balıq tərkibli yeməklərin yağ miqdarı və bişirmə üsuluna diqqət etmək lazımdır. Bunların yanında zeytunyağlı tərəvəz yeməkləri hazırlana bilər. Ayrıca süfrəmizdə mayonezi bol olan yeməklərdənsə mövsüm tərəvəzləri ilə az yağlı salatlar hazırlana bilər. Qızartma üsulu ilə hazırlanan qəlyanaltılara gəlincə, onları qatıq, pendir, noxud əlavə edilmiş salat və qəlyanaltılarla əvəzləmək olar. Qan şəkəri balansı üçün makaron yerinə düyü və bulqur plovu tövsiyə edilir. Yeməklərin sayı çox olsa belə, yağ və duz tərkibinə, yeyilən miqdarına diqqət edərək bu yeməkləri istehlak etmək daha məqsədəuyğundur".
Həkim qeyd edib ki, yemək arasında qazlı içkilər əvəzinə ayran və evdə hazırlanan az şəkərli meyvə suları içmək olar:
"Ac qarına spirtli içki istifadəsi də tövsiyə edilmir. Çünki bu mədəyə ziyandır.
Atışdırma olaraq istehlak edilən çips kimi məhsullar yüksək yağ ehtiva etdiyi üçün duzsuz qoz-fındıq, quru meyvə, şabalıd kimi qidalara, şirniyyat istehlakında isə südlü və meyvəli desertlərə üstünlük verilməlidir".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1031   Tarix: 01 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

maskalar toy makiyajlari qis geyimləri 2026 toy qabağı şəbəkə sənəti 2026 payiz qis kolleksiyasi hamilelikde axinti kosmetika xerceng intim munasibetler vetene aid bayati azərbaycan orqazm