Bayram Kürdəxanılını vurub öldürən şəxs Emin deyilmiş, ƏSL KİMLİYİ AÇIQLANDI - RƏSMİ
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində "Mitsubishi Pajero" markalı avtomobillə qəsəbə sakini B.Quliyev vurulub
Avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.