BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? – Qızları qəsdən zəhərləyiblər VERSİYASI

BDU tələbələrinin toksiki zəhərlənməsi nə deməkdir? – Qızları qəsdən zəhərləyiblər VERSİYASIBu gün nəhayət ki, AQTA sədri Qoşqar Təhməzli BDU -da zəhərlənən tələbə qızların qidadan yox, toksiki səbəbdən zəhərləndiyini və birinin həyatını bu səbəbdən itirdiyini bəyan etdi.
Həftələrdir mətbuatda yazılan müxtəlif qida versiyaları heçə çıxarıldı və səhv hesab edildi. Hər halda müəyyən analizlər və meyitin ekspertizasının nəticələri dövlət rəsmisini belə bir açıqlama verməyə vadar edib.
Bəs indi hüquq mühafizə orqanlarının araşdırdığı və üzə çıxarılmalı olduğu toksiki zəhərlənmə nə deməkdir?
Milli.Az medicina.az-a istinadən toksiki zəhərlənmə adı altında hansı maddələrdən və səbəblərdən zəhərlənmə versiyalarını araşdırıb.
Toksiki zəhərlənmə toksiki agentin müxtəlif yollarla orqanizmə düşməsi nəticəsində baş verir.
Bura aiddir:
Dəm qazı zəhərlənməsi
Müxtəlif qazlarla zəhərlənmə
Qidada olan toksiki agent, məsələn meşə göbələyi
Müxtəlif kimyəvi maddələrlə zəhərlənmə
Turşularla zəhərlənmə
Dərmanlarla zəhərlənmə
Mışyakla zəhərlənmə
Alkoqol zəhərlənməsi
Yandırıcı və təmizləmə məhlulları
Orqanizmə düşmə yollarına görə toksiki zəhərlənmənin inhalyasion - yəni tənəffüs yolları ilə, peroral - yəni ağızdan daxil olma, perkutan - dəri vasitəsilə, inyeksion - hər hansı iynə vurulması formaları ayırd edilir.
Toksiki agentin növü və dozasına görə fəsadlar yüngül, orta və ağır zəhərlənmə baş verir.
Baş vermə səbəbləri: təsadüfi - yəni xəstə toksiki agenti qəbul etdiyini bilmir, məişət- istehsalat - iş yerində və ya evdə toksiki maddə ilə təmasda olur, eləcə də qəsd və intihar - kimsə bu maddəni xəstəyə verib və ya xəstə sui qəsd məqsədilə qəbul edib.
Bu halların hamısının məhkəmə tibbi ekspertizası üçün yekun rəy verməyə təsiri var və ciddi araşdırılmalıdır.
Tələbə qızların narkoman, içki aludəçisi olmadıqları barədə ətrafı məlumat verdi, otaqda dəm qazı da olmayıb, çünki yataqxanada digər otaqlarda da tələbələr olub və onlar birinci dəfə təcili yardım çağıranda heç kim dəm qazı faktı aşkarlamayıb.
Ən real versiya qızların dərman, toksiki maddə tərkibli nəsə qəbul etməsidir, bu da real görünmür, çünki 3 qız birdən eyni dərmanı qəbul etməz.
O zaman digər versiya qəsdən zəhərlənmə real görünür: hər 3 qızın qidası, suyu və ya istifadə etdiyi hər hansı bir əşyaya toksiki zəhərli maddə əlavə edilib və yaxud onlar tərkibində zəhərli göbələk olan nəsə yeyib.
Qida agentliyi göbələk adı çəkmədiyi üçün qızların qidası və ya suyuna, çaydana ya ümumi mətbəxdə, ya da otaqda zəhərli maddə və ya dərman əlavə olunması versiyası üzərində dayanırıq. Yenə də son sözü hüquq mühafizə orqanları deyəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1999   Tarix: 06 dekabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

qadın geyimi qis geyimləri 2026 geyim şəkilləri qadinlarda cinsi isteksizlik dəbli bloq sahibələri vaginal quruluq atalar sozleri veten haqqinda kosmetika dostluq laylalar namiq qaraçuxurlu vetene aid atalar sozu sanama