Bəh-bəhlə yeyilir, amma xərçəng yaradır - Açıqlama
Emal olunmuş qidalar xərçəng riskini artırır.
Milli.Az xəbər verir ki, bunu onkoloq Prof. Dr. Türkan Öztürk Topçu deyib.
"Xüsusi qatqı maddəli hazır qidalar bağırsaq florasını zədələyərək immuniteti zəiflədir və xərçəngə yol açır".
Onkoloq bildirib ki, xərçəngin genetik səbəblərdən yaranma faizi çox aşağıdır. Xərçəng xəstəliyi əsasən həyat tərzi və qidalar səbəbindən yaranır.
"Xüsusilə sosis, kolbasa, sucuk, paketlənmiş çipslər, biskvit, şirniyyatlar, hazır souslar və dondurulmuş fast-food məhsullarının yüksək miqdarda duz, şəkər, yağ və qatqı maddəsi ehtiva edir. Bu məhsullar bağırsaq mikroflorasını pozaraq bədənin müdafiə sistemini zəiflədir".
Professor yoğurt və kefir, fermentləşdirilmiş məhsullar, təzə meyvə-tərəvəz, tam taxıllar və zeytun yağı yeməyi məsləhət görüb.
"Bu qidalar həm immuniteti gücləndirir, həm də hüceyrələrin özünü bərpa etmə gücünü artırır. İşlənmiş qidaların əvəzinə təbii məhsullar seçmək xərçəngə qarşı güclü qalxandır", - deyə onkoloq əlavə edib.
İsmayıl
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO