Bel ağrıları

Bel ağrılarıZədələnmiş diskin fibroz həlqəsinin, sümükarası və başqa bağların, eləcə də oynaq kapsullarının reflektorlarının qıcıqlanması həm ağrıların, həm də reflektor reyaksiyalarının mənşəyi hesab olunur. Bu ilk növbədə bel əzələlərinin tonik gərginləşməsidir.
LÜMBAQO:  Lümbaqo çox vaxt fiziki gərginlik və ya ehtiyatsız hərəkət , bəzən isə görünən bir səbəb olmadan baş verir. Qəflətən və ya bir neçə dəqiqə yaxud saat ərzində , çox vaxt atıcı ağrılar baş verir. Ağrılar çox vaxt yandırıcı, parçalayıcı xarakter daşıyır. Tutmalar ağırlıq qaldırma zamanında baş verərsə, xəstə namünasib bir vəziyyətdə donur , qəddini aça bilmir. Çarpayıdan enmək, yana çevrilmək, öskürmək, asqırmaq, ayaqları bükmək cəhdi belə büzdümdə ağrıların kəskin genişlənməsi ilə müşayət olunur. Əgər xəstədən ayağa durmaq tələb olunarsa bütün bel nahiyəsinin hərəkətsizliyi baş verir. Onurğanın bel şöbəsi, hətta çanaq bud oynağında ayaqların passiv yerdəyişməsi zamanı belə fiksə olunmuş vəziyyətdə qalır. Buna görə də diz oynağında açılmış ayağın ehtiyatlı bükülməsi lümbaqo zamanı heç də həmişə ağrı ilə müşayət olunmur.
LÜMBALGİYA:  Lümbalgiya da yöndəmsiz hərəkət, uzunmüddətli gərginlik, soyuqdəymə ilə bağlı olub, kəskin olmur və bir neçə gün ərzində inkişaf edir. Ağrılar sızlayıcı, hərəkət zamanı artan,a yaq üstə duran və oturan vəziyyətdə, xüsusən bir vəziyyətdən başqa vəziyyətə keçən zaman güclənən xarakter daşıyır. Bel nahiyəsi lümbaqoda olduğu kimi deformasiya olunursa da az olur.
LÜMBAŞALQİYA: Bel nahiyəsindən sarğıya və ayaqlara yayılan osteoxondroz mənşəli ağrı və reflektor təzahürlərdir. Ağrılar sağrıda ayaqların arxa bayır hissəsində hiss edilir, lakin barmaqlara çatmır. Lümbalgiyada olduğu kimi , ağrılar bədənin vəziyyətinin dəyişməsi , yeriş və ya uzun müddət oturaq zamanı , öskürərkən və asqırarkən güclənir.
LASEQ SİMPTOMU-  Xəstə arxası üstə uzanır, müayinə edən xəstənin uzanmış ayağını dabanından tutaraq yuxarı qaldırır. Bu zaman oturaq sinir boyunca ağrı baş verir və ya güclənir , qarın divarı əzələlərinin gərginliyi üzə çıxır.
NERİ SİMPTOMU-  Xəstə ayaqları uzadılmış və arxası üstə uzanmış vəziyyətdə olduqda başın sinəyə doğru bükülməsi zamanı bel nahiyəsində ağrılar baş verir.
DEJERİN SİMPTOMU-   Öskürmə və asqırma zamanı bel nahiyəsində ağrıların güclənməsi
OTURMA SİNDROMU-  Ayaqları diz və çanaq-bud oynağında bükmədən arxası üstdə uzanmış vəziyyətdən oturaq vəziyyətə gətirməyin mümkün olmaması.
Diaqnostikası- Tipik hallarda diaqnoz qoymaq çətinlik törətmir. Diaqnoz ağrı sindromuna, gərilməyə, qıcıqlanma və ocaq əlamətlərinə görə qoyulur. Ancaq bel ağrısı başqa səbəblərdən də törənə bilər, ona görə də diaqnozu dəqiqləşdirmək üçün KT və MRT müayinələrdn istifadə olunur.
Müalicəsi- Kəskin dövrdə xəstəyə istirahət və ağrıkəsicilər təyin edilir. Xəstəyə yataq rejmi lazımdır. Isidici vasitələr yaxşı təsir edir.  Fizioterapevtik müalicə üsullarından istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1658   Tarix: 18 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyajlari yemek reseptleri donlar 2026 makiyaj balıq yağı usaq saclarinin yigilmasi süfrə bəzədilməsi kosmetika azerb clpaq qadinlari burcler baliq qadin saglamlig qiz adlari