Beldə fəqərəarası disk yırtığına səbəb olan 6 səhv vərdiş

Beldə fəqərəarası disk yırtığına səbəb olan 6 səhv vərdişBəzən yorğunluq bəzən isə ani şəkildə edilən hərəkətlər bir müddət sonra beldə şiddətli ağrılara, hətta fəqərəarası yırtığa səbəb ola bilir.   Beləliklə, edilən səhv hərəkətlər və doğruları təqdim edirik.
Səhv vərdiş: Ayaqqabını belə yüklənərək geyinmək
Ayaqqabınızı dizlərinizi yığmadan geyinmək və yenə eyni şəkildə bağlamağa çalışmaq belinizdəki oynaq əzələlərinə ağırlıq yüklənməsinə, bunun nəticəsində də disk daxilindəki təzyiqin yüksəlməsinə səbəb olur. Əyilən zaman diziniz yerinə belinizi istifadə etmək də bir müddət sonra beldə yırtıq yaranmasına şərait yaradır.
Doğru olan: Bir ayağınızı yüksək bir pilləyə qoyun, sonra dizlərinizi önə doğru yığaraq əyilin. Bu hərəkət beldəki əzələlərinizə düşən yükü azaltmağa və belinizin zədələnməsinin qarşısını almağa kömək olacaqdır.
Səhv vərdiş: Yatağa xətalı şəkildə uzanmaq  
Yatağa davamlı olaraq xətalı şəkildə uzanmaq beldəki oynaq qığırdaqlarında yüklənmə yaradaraq zəifləmələrinə səbəb olur. Zəifləyən oynaq qığırdaqları da çox asan deformasiyaya məruz qalır. Bu vəziyyətin tez-tez təkrarlanması nəticəsində beldə yırtıq yaranır.
Doğru olan: Belinizin sağlamlığı üçün əvvəlcə yatağa oturun, sonra ovuclarınızı, dirsək, çiyin və boynunuzu yatağa yerləşdirin, sonda isə ayaqlarınızı yatağa qaldırın. Yataqdan qalxan zaman da eyni şəkildə, yan tərəfə çevrilib, əvvəlcə ayaqlarınızı aşağıya endirərək oturun və sonra qalxın.
Səhv vərdiş: Birdən birə əyilmək  
Yerə düşən bir əşyanı sürətli şəkildə götürmək, ya da idmanla məşğul olduğunuz zaman ön tərəfə əyilmək nə qədər asan görünsə də, birdən-birə və xətalı edilən hərəkətlər belə zərər verir. Ani və belinizi əyərək hərəkət etmək əzələləri zədələyir və beliniz də sizə ağrı ilə siqnal göndərir. Bu hərəkəti davamlı şəkildə təkrarladığınız zaman belinizdə travma yaranır , bunun nəticəsində ağrı xroniki hal almaqla yanaşı, beldə yırtıq da inkişaf edir.
Doğru olan: Yerə düşən bir əşyanı belinizə yüklənərək deyil, dizlərinizi yığıb, əyilərək almağa çalışın.
Səhv vərdiş: Hər zaman dikdaban ayaqqabılar geyinmək
Biz qadınların imtina edə bilmədiyi bu ayaqqabılar təəssüf ki, omba və belimizdə ciddi problemlər yarada bilir.
Doğru olan: Çox yüksək olan ayaqqabıları davamlı olaraq geyinməməyə çalışın. Daha kiçik dabanlı, məsələn 3sm yüksəkliyi olan ayaqqabılar belinizin sağlamlığı üçün daha doğru seçim ola bilər.
Səhv vərdiş:  Arxaya söykənmədən televizor izləmək
Əyri və ya arxaya söykənmədən oturduğunuz zaman əzələlər sizi ayaq üstə saxlamaq üçün sıxılırlar. Bu sıxılmalar  damarları daraldır və qan dövranını ləngidir. Bu şəkildə enerji sərf etdiyiniz zaman beliniz ağrımağa başlayaraq sizə yorulduğuna dair siqnal göndərir.  Davamlı olaraq xətalı şəkildə oturmaq zaman keçdikcə ağrıların şiddətinin artmasına və yırtığa səbəb ola bilər.
Doğru olan: Kürəyinizi arxaya doğru dik şəkildə söykədiyiniz zaman bel boşluğunuzu doldura biləcəyiniz yerdə otrumağa çalışın.
Səhv vərdiş: Əşyaları xətalı şəkildə qaldırmaq
Ağırlıq gövdəyə nə qədər uzaq qaldırılarsa, bir o qədər çox təsir edir. Məsələn, 3kq ağırlığında bir əşyanı bədəninizə yapışıq olaraq qaldırdığınız zaman o ağırlığı 3kq hiss edəcəksiniz, amma əlinizlə 1m kənardan qaldırdığınız zaman isə eyni əşya 9kq kimi hiss edilir.
Doğru olan: Çox ağır əşyalar qaldırmayın. Qaldıracağınız zaman da gövdənizə ən yaxın şəkildə tutaraq qaldırmağa çalışın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1440   Tarix: 17 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli qadın geyimi geyim şəkilləri yay kolleksiyasi 2026 qonaq otagi daglar haqqinda qırmızı xalça kosmetika gözellik burcler haqqinda vətən haqqında atalar sözləri veten haqqinda atalar sozu veten haqqinda atalar sozleri